Normandiya əməliyyatı

Vikipediya saytından
Orxan Hacızadə (müzakirə | töhfələr) (Yeni səhifə: '''Normandiya çıxarması''' - kodadı "Overlord əməliyyatı" və ya "Neptun əməliyyatı" olan və İkinci Dünya müharibəsinin ən əsas desant çıxarma əməliyyatı...) tərəfindən edilmiş 08:44, 18 yanvar 2014 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Normandiya çıxarması - kodadı "Overlord əməliyyatı" və ya "Neptun əməliyyatı" olan və İkinci Dünya müharibəsinin ən əsas desant çıxarma əməliyyatı olmuşdur. Əməliyyat çərşənbə axşamı, 6 iyun, 1944-cü il Britaniya vaxtı ilə saat 6:30-da həyata keçirilmişdi. Əməliyyatda Amerika Birləşmiş ŞtatlarıBöyük Britaniya tərəfindən həyata keçirilmşidi.

Çıxarmalar əsasən 2 istiqamətdə həyata keçirilməli idi. Birinci istiqamət müttəfiqlərə məxsus bombardman təyyarələri vasitəsi ilə Fransanın sahilyanı ərazilərinin bombardman edilməsi və daha sonra 24000 nəfərlik ABŞ, İngilis və Kanada hava desant qoşunun Fransa sahilinə atılmasını təşkil etməli idi. İkinci istiqamət isə ümumi sayı 160000(73000 amerikalı, 61715 ingilis və 21400 kanadalı) olan dəniz desantını Normadiya sahillərinə çıxartmaqdan ibarət olmuşdu. Bundan əlavə ABŞ-Böyük Britaniya ordularının tərkibində 195700 nəfərlik hərbi dəniz qoşunları heyəti və 5000 dənə hərbi gəmilər də var idi. Üçüncü Reyxin tabeçiliyində isə 10000 nəfərlik hərbi qüvvə və əlavə olaraq Atlantika divarı adlı müdafiə-istehkam mövqeləri də var idi.

ABŞ silahlı qüvvələrinin Omaha çimərliyinə çıxarılması.

Normandiyanın seçilməsi

Stalin, RusveltÇörçillin Tehran konfransı zamanı İkinci cəbhənin açılmasının müzakirə edirdilər. Çörçill ikinci cəbhənin Rumınyada açılmasını təklif etdi. Çörçilin əsas məqsədi qərbə doğru irəlləyən Sovet ordusunun qarşısını kəsmək və Stalinin Şərqi Avropa ölkələrində kommunizmi yaymasına qarşı gəlmək istəməsi olub. Ancaq Rusvelt və Stalin ikinci cəbhənin Atlantik Okean sahilində açılmalı olduğunu bildirdilər. Beləcə Çörçill bu fikirlə razılaşdı və İkinci Cəbhənin Fransa, Normandiya əyalətinə açılması qərara alındı.

Hava şəraiti

Hər ay ərzində ancaq 10 gün çıxarma üçün əlverişli idi. Bunun səbəbi Ayın bədirlənməsi və qabarmanın güclənməsi idi. Ancaq hava şəraiti çox əlverişsiz idi. La-Manş boğazında qasırğaların baş verməsi çıxarma əməliyyatlarını çətinləşdirirdi. Havada rütubətin və qalın dumanın olması isə bombardman əməliyyatlarını qeyri-mümkün edirdi. Almanlar isə əlvrişsiz hava şəraitindən istifadə edərək öz mövqelərini möhkəmləndirə bilirdilər. Çıxarma ancaq hava şəraitinin yaxşılaşması ilə 6 iyun tarixində baş verə bildi.

Çıxarmanın başlanması

Çıxarma əmliyyatları Normandiya sahili boyunca 80 km məsafədə qərbdən şərqə olmaqla həyata keçirildi(ətrafı aşağıda).

Fayl:785px-Allied Invasion Force.jpg
Çıxartma əməliyyatının xəritə üzərində sxemi

Britaniya ikinci ordusu

  • General-mayor Riçard Nelson Gale tabeçiliyində olan 6-cı hava desant qüvvələri Orna çayının şərq sahilidnə 7900 nəfərlə desan enişi etdilər. Onların əsas məqsədi ABŞ-Böyük Britaniya ordularına sol cinahdan dəstək vermək idi.

Svord(qılınc) çimərliyi

  • 1-ci xüsusi xidmət briqadası Austriehamda "Kuvin Red"(ucqar sol cinah) sektorunda çıxarıldı.
  • 1-ci Korpusa məxsus 3-cü piyada diviziyası və 27-ci zirehli briqada Lion-Sur-Mer ərazisində çıxarıldı.
  • 41 nömrəli komando(4-cü xsusi xidmət briqadaı) Svord çimərliyiyn qərb hissəsində çıxarıldı.

Cuno çimərliyi

  • 1-ci Korpus, 3-cü Kanada piyada diviziyası, 2-ci Kanada zirehli briqadası və 48 nömrəli Komando Müqəddəs-Aubin-sur-merdən Korselus-sur-Merə qədər çıxarıldı.
  • 46 nömrəli komando(4-cü xüsusi xidmət briqadasını bir hissəsi) Orne çayının sol sahildə olan qayalıq ərazidə çıxarıldı və almanların artileriya batareylarının məhv etdilər.

Qold(qızıl) çimərliyi

  • 30-cu Korpus, 50-ci piyada diviziyası və 8-ci zirehli briqada 25000 nəfərlə Korsellsdən Arromançesə qədər çıxarıldı.
  • 47 nömrəli komando(4-cü xüsusi xidmət briqadasının bir hissəsi) Qold çıimərliyinin qərb cinahından çıxarıldı.
  • Xidməti zirehli texnika, mina-təmizləmə qurğusu ilə təmin olunmuş 79-cu zirehli briqada İngilis-Kanada çimərlikləri boyunca çıxarıldı.

Ümumilikdə, Britaniya ikinci ordusu tərkibində 83115 nəfər bu çıxartmad iştirak etdi ki, bunlardan da 61715-i ingilis idi. İngilis və kanadalılardan əlavə bu ordunun dxilində Avstarliyalılardan ibarət xüsusi kontngentdə var idi.

ABŞ birici ordusu

Omaha çimərliyi

  • 5-ci Korpus, 1-ci və 29-cu piyada diviziyası 34250 nəfərlə Sainte-Honrie-des-Pertesdən Viervill-sur-Merə qədər çıxarıldı.
  • 2-ci və 5-ci Reyncr(Ranger) batalionları Pointe dü Hok istiqamətində çıxarıldı.

Yutah çimərliyi

  • 7-ci Korpus, 4-cü və 90-cı piyada diviziyasının 359-cu regimental döyüş komandası 23250 nəfərlə Poupevil və La-Madelin ətrafında çıxarıldı.
  • 101-ci hava desant diviziyası paraşüt vasitəsi ilə Viervil ətrafında Yutah çıxartmasına havadan dəstək verdilər.
  • 82-ci hava desant diviziysı paraşüt vasitəsi ilə Sainte-Mere-Eqlise ətrafında çıxarıldı və sağ xinahdan müdafiəni təşkil etdi. İlk olaraq onları Konetntin yarmadasının dahada qərb hissəsinə çıxarılması planlaşdırılırıdı, amma daha sonra çimərlikdəki qüvvələrin dəstəyə ehtiyacı olduğunun əsas gətirərək onlar digər istiqanmətdə çıxarıldılar.

Bütövlükdə ABŞ birinci ordusunun tərkibində 73000 nəfər var idi ki, bunların 15600-ü hava desantçılarını təşkil edirdi.

Almanların döyüşə hazırlığı

Faşist Almaniyası İkinci cəbhənin açılacağını bilirdi, amma bunun hansı istiqamətdən olacağını bilmirdilər. Adolf Hitler ikinci cəbhənini Pa-de-Kaledə açılacağını düşnürdü və qərb cəbhəsində olan əsas qüvvələrini ora yönəltmişdi. Bundan əlavə FAşist Almaniyasının əsas qüvvələri(157 alman diviziyası) şərq cəbhəsində SSRİ ilə döyüşürdü. Buna görə qərbdə qüvvələr az idi. Beləki, almanların 6 diviziyası Finlandiyada, 12-si Norveçdə, 6-sı Danimarkada, 9-u Almaniyada, 21-i Balkan yarmadasında, 26-sı İtaliyada və 59-u Fransa, HollandiyaBelçikada idi.

Almanların müdafiəsi

Almanlar əsasən Atlantik Okean sahilində pulemyot(gülləboran qurğusu) istehkamları, beton bunkerlər, iri-çaplı silahlardan istifadə edirdilər. Bunlar əsasən sahilyanı qayalıq, təpəlik və digər yüksəkliklərdə yerləşdirilirdi. Bu plan Vermaxt feld-marşalı Ervin Rommel tərəfindən hazırlanmışdı və 4 il ərzində hyata keçirilmişdi, amma Rommel işlərin başa çatmadığını bəyan edirdi.

Atlantika divarı

Atlantik divarı Adolf Hitlerin qərarı ilə Norveç-SSRİ sərhəd xəttindən tutmuş Atlantik Okean sahili ilə cənuba doğru İspaniya-Fransa sərhəd xəttinə qədər olan və Üçüncü Reyxi qərbdən müdafiə etməli olan hərbi-müdafiə istehkamı idi. Bu sədd Rommel tərəfindən xüsusi hərbi avadanlıqlar, hava hücumundan müdafiə qurğuları, artileriya batareyaları və minalanmış ərazilərlə təhciz olunmuşdu. Normandiya torpaqları arasında Vermxatın 5-ci və 17-ci ordusu qərar tutmuşdu. Bütün əsas qvvələr Pa-de-Kale limanına istiqamətlənmişdi.

Alman diviziyaları

  • 716-cı piyada diviziyası çıxarma ərazilərinin şərq cinahını müdafiə edirdi. Onların təkibi əsasən şərq cəbhəsinəd vuruşmuş 709-cu piyada diviziyasının tərkibindən seçilmiş xüsusi döyüşçülərdən ibarət idi.
  • 352-ci piyada diviziyası yaxşı təlim görmüş və avadanlıqla yaxşı təmin olunmuş əsgərlərdən ibarət idi. Onlar Bayeuks və Karentan arasında qalan əraziləri, həmçinin Omaha çimərliyini də müdafiə edirdilər. Bu diviziya 1943-cü ilin Noyabr ayında SSRİ tərəfindən dağıdılmış 321-ci diviziyanın əsgərlərindən yaradılmışdı. Bu diviziya ABŞ ordusuna Omaha çimərliyi çıxarması zamanı böyük ziyan vurmuş və ABŞ hərbi qüvvələrinin çoxlu sayda əsgərzabitini məhv etmişdi.
  • 91-ci hava çıxama diviziyası 105və 1058-ci piyada qüvvələrinin birləşməsində yaradılmışdı və onlar Kontentik yarmadasının daxilində ABŞ hava desant qüvvələrinə qarşı döyüşlərdə iştirak etmli idilər.
  • 709-cu piyada diviziyası 729, 739 və 919-cu piyada qüvvələrinin birləşməsi nəticəsində yaranmışdı. Əsasən Yutah çiməriyinin müdafiəsi üçün nəzərdə tutulmuşdu.

Müharibə abidələri və turism

Normandiyada olan çimərliklər hələ də xəritələrdə öz kod-adları ilə qalırlar. Normandiyada çoxlu xiyabanlar var. Bunlara Kollevil-sur-merdə yerləşən və 9238 ağ xaç və 149 dənə ağ Davud ulduzundan ibarət olan Amerika xiyabanı, La-Kambedə yerləşən alman xiyabanı aiddir. Burada həmçinin Polyak xiaybanı da var. "Müharibə qəbrləri komissiyası birliyi" xiyabanların saxlanmasına məsuliyyəlidir.

Həmçinin bax

İstinadlar