Ağasəlim Atakişiyev

Vikipediya saytından
Cekli829 (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:51, 28 avqust 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Ağasəlim İbrahim oğlu Atakişiyev (1903-1956) — Azərbaycan DİN naziri.

Həyatı

Ağasəlim İbrahim oğlu Atakişiyev 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 15 yaşından işləməyə başlamışdır. O, 1921-ci ildən Ümumrusiya Fövqəladə Komisyonu - Birləşmiş Təhlükəsizliyi Nazirliyi orqanlarında işləmişdir. A. Atakişiyev bu illər ərzində məsul tapşırıqları yerinə yetirmiş, sosializm dövlətinin düşmənlərinə qarşı mübarizə etmişdir. A. Atakişiyev 1931-ci ildə Lenin-Stalin partiyası sıralarına daxil olmuşdur. O zamandan etibarən A. Atakişiyev partiyanın bütün tapşırıqlarını namusla yerinə yetirmişdir.

A. Atakişiyev 1934-cü ildən dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. 1941-ci ildə respublika xalq daxili işlər komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə işləyərkən milis orqanlarının bütün fəaliyyətini hərbi zamanın tələblərinə tabe etmək, Azərbaycanın şəhər və kəndlərində inqilabi qayda-qanunu təmin etmək sahəsində böyük təşkilatçılıq işi görmüşdür.

1943-cü ilin may ayından 1944-cü ilin iyun ayına qədər Ağasəlim Atakişiyev Azərbaycan SSR Dövlət Təhlükəsizliyi xalq komissarının birinci müavini olmuşdur. Sonra o, N.Ordusunun hərbi soveti üzvü təyin edilmişdir. 1945-ci ildə ona general-mayor adı verilmişdir.

Azərbaycan zəhmətkeşləri Atakişiyev yoldaşı ikinci çağırış SSRİ Ali Sovetinə deputat seçmişlər. Sovet hköuməti sosialist dövləti qarşısında böyük xidmətlərinə görə Atakişiyevi Lenin ordeni, Qırmızı Bayraq Ordeni, iki dəfə I dərəcəli Vətən müharibəsi ordeni, "Şərəf Nişanı" ordeni, "Əmək igidliyinə görə", "Qafqazın müdafiəsi üçün" və "Almaniya üzərində qələbə üçün" medalları ilə təltif etmişdir.