Ağasəlim İbrahim oğlu Atakişiyev (1903[1], Bakı – 1970, Bakı) — Azərbaycan-sovet hərbi və dövlət xadimi, general-mayor (1945), Azərbaycan SSR daxili işlər naziri (1950–1953).
Ağasəlim Atakişiyev | |
---|---|
27 may 1950 – 26 mart 1953 | |
Əvvəlki | Mir Teymur Yaqubov |
Sonrakı | Stepan Yemelyanov |
1946 – 1950 | |
Nazir | Stepan Yemelyanov |
may 1943 – iyun 1944 | |
Komissar | Stepan Yemelyanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1903[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1970 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Birləşmiş Dövlət Siyasi İdarəsi, NKVD, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi[d] |
Döyüşlər | |
Rütbəsi | general-mayor (1945) |
|
|
Təltifləri |
|
Ağasəlim İbrahim oğlu Atakişiyev 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 15 yaşından işləməyə başlamışdır. 1921-ci ildən Ümumrusiya Fövqəladə Komissiyası — Birləşmiş Təhlükəsizlik İdarəsi orqanlarında işləmişdir. A. Atakişiyev 1931-ci ildə Ümumittifaq Kommunist (b) partiyasına daxil olmuşdur.[2]
A. Atakişiyev 1934-cü ildən dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. 1941-ci ildə Azərbaycan SSR daxili işlər xalq komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə işləyərkən milis orqanlarının bütün fəaliyyətini hərbi zamanın tələblərinə tabe etmək, Azərbaycanın şəhər və kəndlərində inqilabi qayda-qanunu təmin etmək sahəsində işlər görmüşdür.[2]
1943-cü ilin may ayından 1944-cü ilin iyun ayına qədər Ağasəlim Atakişiyev Azərbaycan SSR dövlət təhlükəsizliyi xalq komissarının birinci müavini olmuşdur. 1945-ci ildə ona general-mayor rütbəsi verilmişdir.[2] Konsul adı altinda SSRİ NKVD İrandakı rezidenti olmuşdur. Burada o Cənubi Azərbaycan məsələsi ilə məsğul olmuşdur. 1946-1950-ci illərdə Azərbaycan SSR dövlət təhlükəsizlik nazirinin müavini, 27 may 1950 — 26 mart 1953-cü illərdə Azərbaycan SSR daxili işlər naziri olmuşdur. Azərbaycan K(b)P Mərkəzi Komitəsi bürosunun üzvi seçilmişdir. Azərbaycan K(b)P MK Bürosunun üzvü, SSRİ ikinci çağırış Ali Sovetinə deputat seçilmişdir. Sosialist dövləti qarşısında xidmətlərinə görə A. Atakişiyev Lenin ordeni, Qırmızı Bayraq Ordeni, iki dəfə I dərəcəli Vətən müharibəsi ordeni, "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə", "Qafqazın müdafiəsi üçün" və "Almaniya üzərində qələbə üçün" medalları ilə təltif etmişdir.[2] 1954-cu il mayında tutduğu vəzifədən azad ədilmiş, həmin ilin iyununda diskreditasiya faktlarına görə DİN sistemindən xaric edilmişdir. 1955-ci ilin noyabrında həbs edilmiş, 1956-cı il mayında "Bağırov işinə" görə gedən prosesdə SSRİ Ali məhkəməsinin Hərbi kollegiyasının səyyar sessiyası tərəfindən sosialist qanunvericiliyini pozduğuna görə cəzasını əmək-islah düşərgəsində çəkməklə 25 il azadlıqdan məhrum edilmişdir. 1969-cu ildə vaxtından əvvəl şərti olaraq azad edilimişdir. Azad olunmasında akademik Ziya Bünyadovun səyi olmuşdur.