Tofiq Kərimov (siyasətçi)

Tofiq Mirzə oğlu Kərimov (19371995) — Azərbaycan Respublikasının daxili işlər naziri (18 noyabr 1991 – 17 mart 1992), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.

Tofiq Kərimov
18 noyabr 1991 – 17 mart 1992
ƏvvəlkiMəhəmməd Əsədov
SonrakıTahir Əliyev
4 iyun 1992 – 5 oktyabr 1992
Sonrakıİbrahim Vəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1937
Vəfat tarixi 1995
Rütbəsi General-mayor

Məhəmməd Əsədovun Azərbaycan Respublikasının müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə Dövlət müşaviri təyin olunmasından sonra onun yerinə Tofiq Mirzə oğlu Kərimov 18 noyabr 1991-ci ildə daxili işlər naziri təyin edilmişdir.

Tofiq Kərimov daxili işlər naziri olaraq cəmi 4 ay fəaliyyət göstərmişdir.

Ondan sonra bu vəzifəyə Tahir Yunus oğlu Əliyev təyinat almışdır.[1]

  1. "Müstəqil Azərbaycanın daxili işlər nazirləri". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-31.