Bu məqaləni vikiləşdirmək lazımdır. |
Stepan Federoviç Yemelyanov (12 yanvar 1902 və ya 1902[1], Taşliyar[d], Minzələ qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 1988, Bakı) — Azərbaycan KP BK-nın Dzerjinsk rayon komitəsinin birinci katibi, Azərbaycan SSR xalq daxili işlər komissarı .
Stepan Yemelyanov | |
---|---|
26 mart 1953 – 11 avqust 1953 | |
Əvvəlki | Ağasəlim Atakişiyev |
Sonrakı | Anatoli Quskov |
28 mart 1946 – 26 mart 1953 | |
Əvvəlki | vəzifə təsis edilib |
7 may 1943 – 28 mart 1946 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
6 mart 1941 – 31 iyul 1941 | |
11 fevral 1939 – 6 mart 1941 | |
Əvvəlki | Mixail Rayev |
Sonrakı | Mir Teymur Yaqubov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 yanvar 1902 və ya 1902[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1988 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Döyüşlər | |
Rütbəsi | general-mayor (1945) |
|
|
Təltifləri |
1902-ci il dekabrın 13-də Tatarıstan Respublikasının Takanış rayonunun Taşliyar kəndində anadan olmuşdur. Milliyyətcə rusdur.
1915-ci ildə kənd məktəbini bitirdikdən sonra təsərrüfat işləri ilə məşğul olan S. Yemelyanov 1919–1923-cü illərdə texniki məktəbdə təhsil almış, 1925-ci ildə "Azneft"in oksigen-karbit zavodunda işə qəbul olunmuşdur. 1928-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Xalq Komissarlığının məhkəmə aparatında çalışdıqdan sonra Bakı Birləşmiş Məhkəməsində xalq hakimi vəzifəsində işləmişdir. 1931–1936-cı illərdə Bakı Sənaye İnstitutunda təhsil almışdır.
1939-cu ilin fevralından 1953-cü il avqust ayınadək Azərbaycan SSR təhlükəsizlik orqanlarına rəhbərlik etmişdir. Daha sonra həbs olunmuş, 1956-cı ildə əmlakı müsadirə olunmaqla və cəzasını islah-əmək düşərgələrində çəkməklə 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1970-ci ilin may ayında əfv olunmuşdur.[2]