Klaus Yohannis

Vikipediya, azad ensiklopediya
Решад Муса (müzakirə | töhfələr) tərəfindən edilmiş 00:32, 12 dekabr 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Klaus Yohannes
rum. Klaus Werner Iohannis
alm. Klaus Werner Iohannis
Doğum tarixi 13 iyun 1959(1959-06-13)[1][2][…] (64 yaş)
Doğum yeri
Uşağı yoxdur
Təhsili
  • Babeş-Boyyay Universiteti[d]
Fəaliyyəti siyasətçi, dövlət xadimi, yazıçı
Partiyası
İmza
iohannispresedinte.ro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klaus Yohannes (d. 13 iyun 1959, Sibiu, Rumıniya) — alman əsilli Rumıniya siyasətçisi, ixtisaca fizika müəllimidir. 2000-ci ildən Sibiu şəhərinin meridir, 2004, 20082012-ci illərdə Rumıniyanın Demokratik Forumundan namizədliyi irəli sürülməklə yenidən mer seçilib.

28 iyun 2014-cü il tarixindən Milli-Liberal Partiyanın sədridir, 2014-cü ildə prezident seçkilərində ACL seçki blokundan prezidentliyə namizəddir.

16 noyabr 2014-cü ildə prezident seçkilərinin ikinci turunda 51 faiz səs toplayaraq Rumıniyanın növbəti dövlət başçısı seçilib[4].

Tərcümey-hal

Klaus Yohannes 13 iyun 1959-cu ildə Sakson Susannı və Qustava Xayntsa Yohannesin ailəsində dünyaya gəlibdir. O, ailənin böyük uşağıdır. Onun ailəsi 1992-ci ildə Almaniya vətəndaşdığını almışdır. 1979-cu ildə Klaus Yohannes Babeşa-Boyai Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Universitetə imtahan verib girdikdən sonra 9 ay müddətinə hərbi xidmətə getmişdir. 1983-cü ildə universiteti bitirdikdən sonra Sibiuda müxtəlif məktəbkolleclərdə fizika müəllimi işləmişdir. 1989-cu ildən 1997-ci ilə qədər Samel fon Brukentalya adına gimnaziyadaRumıniyada alman dilli məktəbdə işləmişdir. 1997-ci ildən 1999-cü ilə qədər Sibiu Judentsa əsas məktəbinin inspektor müavini işləmişdir. 1999cu ildən 2000-ci ilə kimi isə mer vəzifəsinə seçilmiş və Judentsa məktəbini baş inspektoru olmuşdur. Klaus Yohannes mükəmməl rumın, almaninglis dillərinə sahibdir. 1989-cu ildən Karmen Yohannes ilə evlidir. Xanımı isə sibiuda Georgiya Lazarya adına milli kollecdə inglis dili müəlliməsi işləyir. Klaus Yohannesin dini inancı protestantdır. Rumıniyada Evanqeliçiskiy kilsəsinin üzvidir.

İstinadlar

  1. http://www.faz.net/aktuell/politik/ausland/europa/klaus-johannis-gewinnt-praesidentenwahl-2014-in-rumaenien-13270731.html.
  2. Klaus Werner Johannis // Brockhauz Ensiklopediyası (alm.).
  3. Bürgerpräsident mit deutschen Tugenden.
  4. http://musavat.com/news/dunya/ruminiyada-prezident-postuna-alman-sechildi_227777.html