Azərbaycanın iynəyarpaqlı meşələri

Vikipediya, azad ensiklopediya
Zuleyxa Eyyubova (müzakirə | töhfələr) (Yeni səhifə: == Azərbaycanın iynəyarpaqlı meşələri == ''İynəyarpaqlı meşələr''- Çılpaqtoxumlu bitki<nowiki/>lərin ən geniş yayılmış yar...) tərəfindən edilmiş 17:44, 6 iyul 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycanın iynəyarpaqlı meşələri

İynəyarpaqlı meşələr- Çılpaqtoxumlu bitkilərin ən geniş yayılmış yarımsinfi. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən Azərbaycan Respublikasında 9 (2 şam, 1 qaraçöhrə, 6 ardıc) növü bitir. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir halda kollardır. Azərbaycanda iki növ şam ağacı bitir: eldar şamıqarmaqvari şam.

Qarmaqvari şam meşələri- kiçik sahələrdə təbii halda Kiçik Qafqazda Tovuz rayonu ərazisində ƏsrikZəyəm çayları hövzəsində, nisbətən geniş sahəsi olan Kəpəz dağında (Göygöl, Maralgölü ətrafı daşlı-qayalı yamaclarda), Böyük Qafqazda isə qarmaqvari şam Filizçayı (Balakənçayı) hövzəsində dəniz səthindən 800-1000 m yüksəklikdə 10 ha sahədə bitir.

Eldar şamı meşələri- Azərbaycanın endemik ağac növü olub təbii halda yeganə bitmə yeri Qabırrı çayının sağ sahilində Elləroyuğu dağıdır (Eldar şamı qoruğu). Azərbaycanda giləmeyvəli qaraçöhrə ağacları tək-tək və qrup halında Böyük Qafqaz dağlarının cənub yamacı rayonlarında (Balakəndən Şamaxıya qədər) Kiçik Qafqaz dağları rayonlarında (Tovuz, Gədəbəy, Daşkəsən) və Talış dağlarında dəniz səthindən 400-1800 metr yüksəkliklərdə bitir.

Respublikamızda əsasən 6 ardıc növü bitir:  kəsgin iyli ardıc,çoxmeyvəli ardıc, qırmızı ardıc, uzunsov ardıc, cırtdan ardıcqazax ardıcı. Ağıriyli, çox meyvəli ardıc növləri Azərbaycanın quraq rayonlarında – Bozqır yaylada, Qobustanda, Böyük Qafqazda, Kiçik Qafqazda, Şəmkir, Oxçu, Həkəri çayları hövzələrində yayılmışdır. Cırtdan ardıcıqazax ardıc kolları Böyük və Kiçik Qafqazın subalp zonasının daşlı-qayalı yamaclarında bitir