Bünab-i Mərənd

Vikipediya saytından
Trxch (müzakirə | töhfələr) tərəfindən edilmiş 23:46, 21 iyun 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:Şəhər

Bünab-i Mərənd (Mərənd Binabı) (həmçinin Bünab-i Cədid (Yeni Bunab) və sadəcə Binab) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir.

2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,430 nəfər və 1,236 ailədən ibarət idi[1].

Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.

Tarixi

Şəhərin qərb tərəfdəki girişi

2004-ədək sadəcə Bünab adlanan bu yaşayış məntəqəsi yalnızca iri bir kənd sayılırdı, lakin həmin il şəhər statusu qazanmış və adı Bünab-i Cədid (yəni "Yeni Bünab") olaraq dəyişdirilmişdi. Bu ad isə 2012-də (Mərənd şəhristanında yerləşdiyinə görə) Bünab-i Mərənd (yəni "Mərənd Bünabı, Mərənddə yerləşən Bünab") olaraq təkrarən dəyişdirildi.

Coğrafiyası

Bünab-i Mərənd şəhərinin su anbarı

Bünab-i Mərənd öz ətraf ərazisinin füsunkar təbiəti ilə seçilir - AladarAğcaqapı dərələrinin adlarını misal gətirmək olar. Şəhərin yaxınlığında həmçinin su anbarı yerləşir.

İstinadlar

  1. "Census of the Islamic Republic of Iran, 1385 (2006)"

Həmçinin bax