Cənub-Qərbi Qafqaz Cümhuriyyəti

Vikipediya, azad ensiklopediya
88.155.126.54 (müzakirə) tərəfindən edilmiş 01:32, 12 noyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti
Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi
Bayraq
Bayraq
 
 
 
 
 
1918 — 1919

Paytaxt Qars, Naxçıvan
Dilləri türk dili
Rəsmi dilləri Osmanlı dili
Dövlət dini İslam
İdarəetmə forması Parlament respublikası
Rəhbər
 • 30 noyabr 1918 — 27 mart 1919 İbrahim bəy Cahangirzadə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; osman. Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə erməni-daşnak silahlı quldur dəstələri tərəfindən türk-müsəlman əhalinin soyqırımına məruz qaldığı Cənub-Qərbi Qafqazda, əhalisinin çoxunu türk təşkil edən demokratik dövlət.

Elan edilməsi

Bölgə təmsilçilərinin 1919-cu il yanvarın 17-də Qarsda keçirilən toplantısında Cənub-Qərbi Qafqaz hökumətinin yaradıldığı elan olundu. Bu siyasi qurum Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti adlandı. 40 min kv.km sahəsi, 1 800 000 nəfər əhalisi olan (onun 4/5-nü türklər təşkil edirdi) bu dövlətin tərkibinə Qafqazın cənub-qərb əraziləri daxil idi.

Cənub-Qərbi Qafqaz Demokratik Respublikasının başında milli azlıqların: rusların, yunanmalakanların öz nümayəndələri daxil edilmiş Milli Şura dururdu. Müvəqqəti hökumət Milli Şura qarşısında məsuliyyət daşıyırdı. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin 18 maddədən ibarət Konstitusiyası qəbul olundu. Dövlət dili olaraq türk dili qəbul olunmuşdu. Üçrəngli (ağ, yaşıl və qara), ay-ulduzlu bayrağı vardı. Batumda həftədə üç dəfə çıxan «Sədayi millət» qəzeti hökumətin rəsmi orqanı idi. Beləliklə, Rusiya imperiyasının dağılması ilə əlaqədar olaraq Qars, Batum, Axalsıx, Axalkələk, Şərur, Naxçıvan, Sürməliİrəvan qəzasının cənub- şərq hissəsinin əhalisi öz müstəqilliyini elan etdi.

Hökümətin yaradılması

Partiyalar olmadığından, 65 bitərəf deputatdan ibarət parlament yaradıldı. Doktor Əsəd bəy Oktay (Əsəd bəy Hacıyev) parlamentin sədri seçildi. Parlament respublikanın xarici və daxili siyasətinin aşağıdakı istiqamətlərini müəyyənləşdirdi: 1) Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti bütün qonşuları ilə, xüsusən yeni yaradılmış Qafqaz dövlətləri ilə mehriban qonşuluq əlaqələri qurmaq niyyətindədir; 2) Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti neytral dövlətdir; 3) Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin vətəndaşları milliyyətindən, dinindən, sosial mənşəyindən, siyasi əqidəsindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər.

Martın 27-də parlament hökumətin – Nazirlər Şurasının yeni tərkibini təsdiq etdi. Nazirlər Şurasının sədri vəzifəsinə keçmiş zabit, İbrahim bəy Cahangirzadə təyin olundu. On nəfər nazir vəzifəsini tutdu: baş nazirin qardaşı Həsən bəy Cahangirov – hərbi nazir; Rza bəy, Kağızman sancağının sakini – daxili işlər naziri; Fəxrəddin bəy, hüquqşünas – xarici işlər naziri; Məmməd bəy Sultanov – maliyyə naziri; Əhməd bəy Hacıyev – yollar naziri; Molla Velam, tacir – torpaq naziri; Abbasəli bəy Əlibəyov - ədliyyə naziri; Muğanlinski, həkim – himayə naziri; Andrianov – maarif naziri; Yusif bəy Yusifzadə - ərzaq naziri.

Nazirlər şurası beynəlmiləl tərkiblə təşkil olunmuşdu. Xarici işlər naziri vəzifəsinə türk Piroğlu Fəxrəddin bəy, xalq maarifi naziri vəzifəsinə əvvəlcə yunan M.Andreyanot, sonra isə türk, müəllim Mehmed bəy Kocaoğlu təyin edilmişdilər.

Münaqişələr

Yeni yaranan dövlət ixtisaslı kadrlar və maliyyə baxımından çətinliklərlə üzləşirdi. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin köməyinə ümid bəslədiyi ilk dövlət Azərbaycan Xalq Cümhuriyyəti idi. Azərbaycan Cümhuriyyətinin Batumdakı konsulu məsələ ilə bağlı Bakıya teleqram göndərərək bildirdi ki, Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti əhalisi Azərbaycan Xalq Cümhuriyyətinin ona hərtərəfli yardım edəcəyinə böyük ümidlər bəsləyir. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti hökuməti 1919-cu il yanvarın 25-də Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edərək, hərbi və maddi yardım istəmişdi. Buna cavab olaraq, Azərbaycan hökuməti Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinə hərbi təlim keçmək üçün zabitlər və xeyli qızıl pul göndərdi.

Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti sülhsevər mövqeyinə baxmayaraq, yarandığı gündən Ermənistan və Gürcüstan hökumətlərinin təcavüzkar xarici siyasəti ilə üzləşdi. Respublikanın silahlı qüvvələri 15,5 min nəfərdən ibarət idi. Bu qüvvə ilə iki dövlətin – Ermənistan və Gürcüstanın təzyiqlərinə davam gətirmək mümkün deyildi. Digər tərəfdən, Ermənistan və Gürcüstanı ingilislər də dəstəkləyirdilər. İngilislər Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin ərazisini Ermənistan və Gürcüstan arasında bölüşdürmək istəyirdilər. Onlar üzdə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti ilə bağlı statusu-kvonu saxlayacaqlarına inandırmağa çalışsalar da, əslində, Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin ləğvi istiqamətində fəaliyyət göstərirdilər. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti Müvəqqəti hökumətinin sədri Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə 1919-cu il 26 yanvar tarixli notasında bildirirdi ki, Gürcüstan Ərdəhan mahalını və Axalsıx qəzasını işğal etməyə cəhd göstərir. Bütün müsəlman əhalisi buna qarşı ayağa qalxmışdır. Ermənilər də Naxçıvan qəzasına hücumlar edirlər. Gürcülərin Axalsıx və Axalkələk qəzalarına hücumları zamanı 45 min davar aparılmışdı. Ermənilər 1919-cu il aprelin 12-də ingilislərin dəstəyi ilə Qars vilayətinə soxuldular. Azərbaycan Cümhuriyyəti Hökuməti ermənilərin Qarsda törətdiyi soyqırımı ilə bağlı Britaniya komandanlığına etirazını bildirdi. Buna baxmayaraq, Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinə kömək göstərmək ingilislərin planlarına daxil deyildi. Əksinə, ingilislər Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti hökumətinin 35 üzvünü həbs edərək, zirehli qatarda Gümrüyə, oradan da Batum yolu ilə Malta adasına sürgünə göndərdi. Bununla da, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti süqut etdi. Aprelin 14-də ingilis generalı Devinin tövsiyəsilə 6 türk, 1 rus, 1 yunandan ibarət yeni Milli Şura yaradıldı. Aprelin 19-da S.Korqanov Qarsda qubernator kimi fəaliyyətə başladı. Bunun ardınca, erməni qoşunları Qars vilayətinə soxuldular. Yerli müsəlman-türk əhali dəhşətli soyqırımına məruz qaldı. Aprelin 30-da qondarma Milli Şura ləğv edildi. 1920-ci ilin payızınadək Cənub Qərbi Qafqaz Cümhuriyyətinin ərazisi ermənilərin və gürcülərin işğalı altında qaldı.

İ.Cahangirzadə başda olmaqla, Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin Hökumət üzvləri yalnız 1921-ci il mayın 23-də Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun köməyi sayəsində Maltadan əsirlikdən vətənə qayıtdılar.

Mənbə

  • Azərbaycan Respublikası MDƏYTA, f. 970, siy. 1, iş 27, v. 14.
  • Asif Hacılı. Qafqazda türk cümhuriyyətləri // «Ədəbiyyat qəzeti», 01.04.1991
  • Asif Hacılı. Qəribəm bu vətəndə /Axısqa türklərinin etnik mədəniyyəti/. B., «Gənclik», 1992
  • Asif Hacılı. Qafqazda türk cümhuriyyətləri// «Ədəbiyyat qəzeti», 01.04.1991
  • Asif Hacılı. Axısqa türkləri: Vətən bilgisi. İstanbul, 2009
  • "Из истории образования и падения Юго-Западной Кавказской(Карсской) Демократической Республики — Айдын Гаджиев". İstifadə tarixi: 20 iyul 2015. Arxivləşdirilib.