Piroğlu Fəxrəddin bəy

Fəxrəddin Ərdoğan və ya Piroğlu Fəxrəddin bəy (1874, Divriği, Sivas ili25 may 1958) — Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili, Qars valisi, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti xarici işlər naziri, Qars Milli İslam Şurası Müvəqqəti Heyətinin başçısı.

Fəxrəddin Ərdoğan
bayraq
Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili
bayraq2
3 avqust 1921 – 16 aprel 1923
Seçki dairəsiQars
Əvvəlkivəzifə təsis olundu
SonrakıƏhməd Ağaoğlu
Qars valisi
30 oktyabr 1920 – ?
Kazım Qarabəkir tərəfindən
27 mart 1919 – 13 aprel 1919
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
Qars valisi səlahiyyətlərini icra edən
11 yanvar 1919 – 1919
DövlətQars Milli İslam Şurası
Əvəz etdiyiİbrahim bəy Cahangirzadə
Qars Milli İslam Şurası Müvəqqəti Heyətinin başçısı
14 noyabr 1918 – 30 noyabr 1918
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
5 noyabr 1918 – 14 noyabr 1918
Əvvəlkivəzifə təsis olundu
Sonrakıvəzifə ləğv olundu
Şəxsi məlumatlar
Doğum tarixi 1874
Doğum yeri
Vəfat tarixi 25 may 1958(1958-05-25)
Partiya
Fəaliyyəti siyasətçi

Fəxrəddin bəy 1874-cü ildə Sivasın Divriği qəsəbəsinin Yağıbasan kəndində Sultan xanım və Mehmet bəyin ailəsində doğulmuşdur.[1] İlk və orta təhsilini Divriği ibtidai məktəbində və rüşdiyyədə almışdır. 1889-cu ildə "təriqət işləri" səbəbi ilə Divriğidən İstanbula əmisi Musa Ağanın yanına köçmüşdür. İstanbulda 5 il qaldıqdan sonra əvvəlcə Bolqarıstana, daha sonra Rumıniyaya getmişdir. İstanbula qayıtmaq istəsə də, bunun təhlükəli olacağı bildirildikdən sonra, yəni 1 iyun 1894-cü ildə Batuma, oradan da Sarıqamışdakı Asbuğa kəndindəki əmisi oğlu İsmayıl Ağanın evinə getmişdir.[2] 1897-ci ildə Qarsa əmisinin yanına köçmüşdür.

Birinci Dünya müharibəsisinin başlamasıyla artan milliyətçilik dalğasına qarşı yürüdülən sürgünlərdən qaçmaq üçün Osmanlı dövlətinin Kars konsulluğundan gizli şəkildə pasportunu alaraq qohumu Feyzulla Ağayla Sivasın Zara ilçəsinə qaçmışdır. Daha sonra səfərbərlik elanını eşidən Fəxrəddin bəy Qarsa dönmək istəsə də, rusların haqqında həbs qərarı çıxardığını və yolları nəzarətdə saxladığını eşitmişdir.[3] Buna baxmayaraq Fəxrəddin bəy Qarsa getməyi qərarlaşdırır. O, əvvəlcə Samsundan Trabzona, oradan Batuma keçir. Batumdan Qarsa keçmək istəyərkən rus jandarmeriyası tərəfindən həbs olunur. Təsadüfən Batum Polis Şöbəsinin rəisi əmisi oğlu İsmayıl Ağanın yaxın dostu olduğu üçün sərbəst buraxılır və Qars üzərindən Asbuğaya geri dönür.[4] Qısa bir müddət sonra Fəxrəddin bəyin Asbuğadakı evi basılmış, özü həbs olunmuş, əvvəl Sarıqamışa, sonra Qarsa götürülmüş, 18 gün sonra isə Tiflisə köçürülmüşdür. O, xatirələrində evinin Köprüköy müharibəsi dövründə basıldığını yazmışdır.[4] O, türk hərbi xəfiyyəsi adı ilə həbsdə saxlanılanılır və 20 gün sonra qatarla Bakıya köçürülmüşdür. Burada da 20 gün həbsdə qaldıqdan sonra sırası ilə Rostovda 20 gün, Xorkovda 20 gün, Tulada isə 15 gün həbsdə qalmışdır. Tulada tifus xəstəliyinə tutulan Fəxrəddin bəy Samara və Çelyabinsk üzərindən keçən 120 günlük yol nəticəsində Orenburg həbsxanasına göndərilir. Orenburgda həbs sənədləri tapılmadığı üçün sərbəst buraxılır.[5]

Orenburgda 27 fevral (11 mart) 1917 tarixində Əzurum cəbhəsi kimsəziləri üçün təşkil olunun ədəbiyyat gecəsində sənədləri tapıldı iddiası ilə həbs olunsa da, otel sahibi ona zamin duraraq 1 mart (13 mart) tarixində onu təhvil verəcəyini elan edir. Elə həmin tarixdə də çar tutulmuşdu. Səhəri gün bolşeviklər hökuməti ələ keçirir və binalarə yandırır. Yanğınlar nəticəsində Fəxrəddin bəyin həbs sənədləri də yanmışdır və beləliklə o, həbsdən qurtulmuşdur.[6]

Fəxrəddin bəy Orenburqdan Tulaya keçərək 1 ay orada türk tarixi üzərində araşdırmalar aparmış, sonra Orenburqa dönmək istəmişdir, lakin türk əsirlərin yenidən həbs olunacağı xəbərini eşitdikdən sonra Türküstana, sonra Buxaraya, sonra Səmərqəndə, sonra isə Aşqabada qaçmışdır. Burada həbs təhlükəsinin davam etdiyi üçün Bakıya gələn Fəxrəddin bəy burada 20 gün qaldıqdan sonra Tiflisə, oradan da Gümrüyə getmişdir.[7] Tiflisdən Qarsdakı dostu Tatos ağaya Qarsa keçmək üçün sənəd göndərməsi üçün məktub yazan Fəxrəddin bəy Gümrüdən Qarsa keçərkən oradakı bir ermənin onu tanıyaraq ruslara bildirməsi ilə Başgediklər stansiyasına gətirilmişdir.[7] Qarsa götürülməsi üçün rusları razı salan Fəxrəddin bəy burada Lübarid Allahverdiyev adlı erməni növbətçi vəzifəli şəxsin qarşısına çıxarılmışdır. Allahverdiyev onun Tiflisə, oradan da Gümrüyə göndərilməsində təkid etsə də, Fəxrəddin bəyin dostu Tatos Abacıyan ağanın yalvarışları ilə onun sənədləri yox edilərək sərbəst buraxılmışdır.[8]

1919-cu ildə yenidən Türkiyəyə qayıdır. 1921-ci ildə TBMM üzvlüyü səbəbi ilə xanımı ilə birgə Ankaraya köçsə də,[9] 1923-cü ildə Qarsa geri dönür. 1937-ci ildə şiddətli pnevmoniyaya yoluxduğu üçün yenidən Ankaraya köçən Fəxrəddin bəy 25 may 1958-ci ildə xəstəliyinin yenidən baş qaldırması səbəbi ilə ölmüşdür.[10]

Evli olmuşdur, 1 uşağı var.[11]

Ələvi bəktaşilərin Seyid Qərib Musa Ocağına bağlı "dədə" olaraq qəbul etdikləri Pirizadələr nəslinə mənsub olduğu üçün Fəxrəddin bəy də "Piroğlu" ləqəbini götürmüşdür.[1] Ailənin atası Seyid Qərib Musa Hacı Bektaş Vəlinin qardaşı Mustafa Menteşin oğludur.[1] Seyid Qərib Musa Hacı Bektaşdan aldığı təlimatla Divriğinin Alan kəndinə yerləşmiş və burada təkkə quraraq Əhməd Yəsəvinin fikirlərini təbliğ etməyə başlamışdır. Onun müridlərinin bir qismi Qarsa köç edərək Dəlilər kəndinin əsasını qoymuşdur. Müridlərindən Ağagil və Ərzadələr ailəsinin bəzi mənsubları da XVIII-XIX əsrin əvvəllərində bir hissəsi Sivasın Kanqal ilçəsinin Daşlıq kəndinə, bir hissəsi idə Qarsın Səlimli ilçəsinin Qətranlı kəndinə köç etmişdir. Qətranlı kəndinə gələnlər müqavimətlə üzləşdiyi üçün Asbuğa vadisinə köçərək burada yeni kəndin əsasını qoymuşdurlar. Fəxrəddin bəyin qohumlarının bir qisminin Asbuğada yaşamasının səbəbi də budur.[12]

Bakırköy Bələdiyyəsinin sabiq sədri Bülent Kərimoğlunun qohumudur.[13]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fəxrəddin bəy Qafqazda qurulan İttihadi-İslam Cəmiyyətinin Qars şöbəsinin yaradılmasında iştirak etmiş və sədri olmuşdur. Daha sonra cəmiyyət İttihadi-Türk adlanmışdır.[14]

1906-cı ildə Fəxrəddin bəy dostlarıyla birgə Difai Partiyasının Qars şöbəsini də yaratmışdır. Həmçinin eyni vaxtda Nəşri-maarifin Qarsdakı fəaliyyətlərinə dəstək olmuşdur.[14]

Fəxrəddin bəy Yusif Kənan bəy və Rza bəy Qaraşarlı rəhbərliyində yaradılan Qars Gizli İslam Komitəsində fəaliyyət göstərmişdir.[15] Oktyabr inqilabının ardından Qarsda türk, rum və ermənilərdən ibarət xalq hökuməti quruldu. Bu hökumət bir həftəlik müddətdə rəhbərliyi rum, türk və ermənilər arasında dəyişirdi. Türkləri Əlixan Qantəmir təmsil edirdi. Bu hökumət Zaqafqaziya Seymində təmsil olunurdu. Seym yerli hökumətin ordusunun milliyət prinsipləri ilə təşkil olunacağını elan etdikdən sonra türklər İslam Hərbi Məclisini qurdular.[16]

Brest-Litovsk sülh müqaviləsinin ardınca, 14 iyul 1918-ci ildə müqaviləyə əsasən Qars, Ardahan, Batum, Oltu, Kağızman və Artvin çevrəsində referendum keçirilmiş, səsvermə hüququ olan 87 048 nəfərdən 85 129-nun "hə" səsiylə Elviye-i Selase adlanan Üç Sancaq Osmanlı torpaqlarına birləşdirilmişdir.[17] Birləşmənin ardınca Dəli Həmid bəy Batuma, Şakir bəy Ardahana vali, Hilmi bəy Qarsa, Asəf Tələt bəy Kağızmana mütəsərrif, Hamamlılı Bəkir bəy isə Sarıqamışa kaymakam təyin olunmuşdur. Təyinatların ardınca Qarsda bələdiyyə seçkiləri keçirilmiş və Fəxrəddin bəy, Mehmet bəy Hacı Abbas oğlu, Qazili Xeyrulla Əfəndi, Hafiz Qurban Əfəndi və rum cəmiyyətindən müəllim Stefan Vəfiyəddin bəy ilə Tevhiddin Mamiloğlu Əfəndi bələdiyyə üzvü seçilmişdir. Yaşca ən böyük Tevhiddin bəy olduğu üçün sədr də o seçilmişdir.[18]

Mondros atəşkəsinin 11-ci maddəsinə əsadən Osmanlı 30 oktyabr 1918-ci il tarixində Üç Sancağı boşaltmaq məcburiyyətində qaldı. Qarsın Aralıq və İğdır bölgələri ermənilər, Ardahan isə ingilislər tərəfindən işğal edildi.[18] Bu dövrdə Qars Bələdiyyə Başçısı olan Fəxrəddin bəy mütəsərrif Hilmi bəylə razılaşaraq 5 noyabr 1918-ci ildə Əli Rza Ataman, Qarslı Sari Xəlil oğlu Muhlis, Orenburqlu Tevhüddin Mamil (Mamlıoğlu) və Emin ağa Acalov kimi şəxslərlə bir araya gələrək özünün başçılığında Qars İslam Şurasını çağırmışdır.[19] Bu şuranım təməlini usə 1917-ci ildə qurulmuş Qars Gizli İslam Komitəsi təşkil etmişdir. Şura elə həmin gün iki vacib qərar almışdır. Birincisi, Vudro Vilsonun 14 maddəsinə ədasən bölgədəki türk-islam ünsürlərinin bir siyasi iradə birliyi altında toplamaq üçün çalışmalar aparmaq, ikincisi isə Qars və ətraf bölgələrdə yaşayan təmsilçilərin Qars Konqresinə dəvət etmək.[20]

14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olundu.[21] Konqresdə həmçinin Batumdan Ordubada qədər bütün türk bölgələrindən nümayəndələrin iştirakıyla daha geniş konqresin keçirilməsi üçün dəvət telqrafları və telefonları edildi.[21]

30 noyabr - 2 dekabr 1918-ci illərdə keçirilən İkinci Qars Konqresinə ilk gün 60 xalq təmsilçisi qatıldı. Növbəti günlərdə bu say 70-ə çatdı. Səsverməylə yekdilliliklə İbrahim bəy Cahangirzadə konqresin sədri seçildi.[22] Burada alınan qərarla mərkəzi Qars olmaqla Milli İslam Şurası Hökuməti quruldu. Hökumətin başçılığına İbrahim bəy, başçı müavinliyinə isə Emin ağa Acalov seçildi.[22] Daha öncə qurulan Axıska Müvəqqəti Hökuməti, Araz Türk Cümhuriyyəti və Batum Milli Şurası bu hökumətə qoşulmuşdur.[22] Konqresdə Türk bayrağının istifadəsinə, idari işlərdə Osmanlı qanunlarının keçərli qəbul olunmasına və ordu qurulmasına qərar verilmişdir. Həmçinin Oltu, Ardahan, Kağızman və Naxçıvanda 5 nəfərlik milli şuraların qurulması da qərarlaşdırıldı.[22]

Mütasarrıf Hilmi Uran bəy 9 yanvar 1918-ci ildə Qarsı tərk etmiş, Milli Şura tərəfindən İbrahim bəy Cahangirzadə Qars valisi təyin olunmuşdur. 11 yanvar tarixində xəstələndiyi üçün onun yerinə müvəqqəti olaraq bu vəzifəni Fəxrəddin bəy Piroğlu icra etmişdir.

17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Üçüncü və ya Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində bugünkü Qars Valiliyi İqamətgahında topanmışdır.[23] Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad, Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir.[23] Konqresdə Cənub-Qərbi Qafqaz Cümhuriyyəti elan olunmuş və rəhbəri İbrahim bəy Cahangirzadə seçilmişdir.[24] 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir.[25] 27 mart 1919-cu ildə Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Parlamenti tərəfindən təsdiqlənən Nazirlər Şurasında xarici işlər naziri vəzifəsinə təyin olunmuşdur.

Fəxrəddin bəy mart ayında Maqsud ağanın oğlu Həsən ağa ilə birgə Ərzuruma yola düşmüşdü. O, Ərzurum XV Kolordudan yardım alma, ana vətənə bağlılığı davam etdirmə, Osmanlı ilə əlaqələr qurma Paris Sülh Konfransında iştirak edəcək nümayəndələrə maddi yardım göndərmə məqsədi ilə hökumət tərəfindən göndərilmişdir. O, həmçinin, hökumətin sərhədlərini açıqlayan hüdudnaməyi, əhali statistikalarını və nümayəndələrin konfrnasda müdafiə edəcəyi tezisləri də hökumətdən tapşırıq olaraq almışdır.[26] Fəxrəddin bəyə Ərzurumda ingilislər mane olmağa çalışmışdır. O, Yeğən Ağa Məhəlləsində ev kirayələmiş və bu evi Qars Hökuməti Xariciyyə Müməssilliyi (xarici nümayəndəliyi) halına gətirmişdir.[27]

12 aprel 1919-cu il tarixində saat 16:00-da parlamentə gələn yüzbaşı Preston baş nazir İbrahim bəy Cahangirzadə ilə görüş keçirmiş və hökumət üzvlərinin tək-tək adlarını istəmişdir.[28] İbrahim bəy adları bir-bir açıqlarkən silah səsləri gəlmiş və parlament xaricində olan ingilis əsgərlər parlamentə girərək 12 vəzifəli şəxsi həbs etmişdir. Bunlar baş nazir İbrahim bəy Cahangirzadə, daxili işlər naziri Əli Rza Ataman, hərb naziri Həsən bəy, iaşə naziri Yusif bəy, Qars valisi Mehmed bəy, Teleqraf Müdiri Muhlis bəy, Polis müdiri Tevhiddin Mamiloğlu, Muhacir müdiri Stefan Vafiyettin, Ədliyyə Nazirliyində Əziz bəy Cahangirzadə, Qars Polis Müdiri Musa bəy, yunan millət vəkili Pavlo Camuşov və millət vəkili Raçinski idi.[28] Parlamentə girərkən nisbi qarşıdurma yaşansa da, ingilislər 12 nəfəri həbs etmiş, onları yük maşını ilə Qars qatar stansiyasına, oradan Tiflisə, oradan isə Batuma göndərmişdir.[29] Daha sonra onlar Batum yolu ilə Malta adasına sürgünə göndərildi. Bu hadisələr cərəyan edərkən Ərzurumda olan Fəxrəddin bəy bunlarla bağlı məlumatı yalnız 16 aprel 1919-cu il tarixində Sarıqamış Kaymakamı Bəkir Sıtkı bəyin 3 yazısından ala bilmişdir.[30] Məlumatları aldıqdan somra Fəxrəddin bəy, həmin gün İstanbulda olan Antanta dövlətləri təmsilçilərinə protest ünvanlayır və həmkarlarının sərbəst buraxılmasını tələb edir. Gün ərzində hökumətin quruluşu ilə bağlı məlumatları da protest olaraq ünvanlayan Fəxərəddin bəy nümayəndələr tərəfindən xoş qarşılanmamışdır. Onlar sədrəzəm Kürəkən Fərid Paşanı sıxışdırır və paşa Ərzurum valisinə Fəxrəddin Ərdoğanın həbs olunaraq Trabzona göndərilməsinə əmr edən teleqraf göndərir.[30] Bu dövrdə III Tümən komandanı Xalid bəy Fəxrəddin bəyi Tortumdakı qərargahına qaçıraraq himayəsinə almışdır.[30]

Fəxrəddin bəy Ərzurum konqresinin Ərdəhandan nümayəndəsi olmuşdur. Konqresin birinci günündə Mustafa Kamalla 23 iyulda görüşmüş və məsləhətləşmişdir.[31] Atatürk həbs qərarı çıxdığı üçün diqqət toplamamaq naminə ondan konqresə qatılmamasını istəmiş və ondan Azərbaycanla xəbərləşməsini istəmişdir.[32] Konqresdə isə onun yerinə vəkil təyin etdiyi Hüseyn Avni bəy iştirak etmişdir.[31]

Qarsın Kazım Qarabəkir tərəfindən 30 oktyabr 1920-ci il tarixində azad olunmasından sonra Kazım Paşa Fəxrəddin bəyi Qars valisi, Sabunçuzadə Mustafa bəyi isə bələdiyyə sədri təyin etmişdir.[33] Fəxrəddin bəy vali olduğu dövrdə etibar etdiyi erməniləri geri çağırmışdır. Belə ki, o Qars şəhər həkimi Qarabet Qazançıyan, Daşnaksütyun Partiyasının ümumi katibi Biznuni Xaçadur və sabiq bələdiyyə başçısı Nuhrabiyanı çağıraraq bələdiyyə məclis üzvü təyin etmişdir.[32]

Fəxrəddin bəy 1921-ci ildə Türkiyə Böyük Millət Məclisinin I çağırışına Qarsdan millət vəkili seçilmək üçün seçkilərə qatılmış, 21 namizəd arasından 86 səs alaraq Əli Rza Ataman və Albay Cavid bəyin ardınca 3-cü olmuş və Qarsın 3 millət vəkilindən biri seçilmişdir.[9] 3 avqust 1921-ci il tarixli TBMM iclasında ilk dəfə iştirak edən Fəxrəddin bəy şikayət, torpaq kadastrı, səhiyyə komissiyalarının üzvü olmuşdur.[34] 11 avqust 1921 tarixində 5 maddəlik bölgədəki vergilərin sadəcə 1921-ci il üçün rus idarəsindəki qədər alınması ilə bağlı təklifi 163 millətvəkilindən 161-nin lehinə səsiylə qəbul olunmuşdur.[32]

16 aprel 1923-cü ildən I çağırış TBMM fəaliyyətinə son vermiş, Fəxrəddin bəy isə Qarsa köçmüşdür. Orada Fəxrəddin bəy Cümhuriyyət Xalq Partiyası Qars İl Təşkilatında, Xalq Evi Uşaq Əsirgəmə Qurumunda və Hava Qurumunda aktiv faəliyyət göstərmişdir.[10]

İstiqlal savaşı dönəmindən bəhs edən "Türk Ellərində Xatirələrim" adlı xatirə kitabı var.[35]

  • Fəxrəddin Ərdoğan. Türk ellərində xatiratlarım. Ankara. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi. 1998. ISBN 975-17-2029-X.
  • Fəxrəddin Ərdoğan. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise. Ankara. Anadolu Kültürünü Koruma ve Araştırma Vakfı (AKKAV). 2017.
  1. 1 2 3 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 40
  2. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 41-42
  3. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 42-43
  4. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 43
  5. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 44
  6. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 45
  7. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 46
  8. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 46-47
  9. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 80
  10. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 84
  11. "TBMM Albümü". tbmm.gov.tr. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  12. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 41
  13. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 9
  14. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 42
  15. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 49
  16. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 50
  17. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 51-52
  18. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 52
  19. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 53
  20. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 55156
  21. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 56
  22. 1 2 3 4 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 57
  23. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 64
  24. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 64-65
  25. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 65
  26. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 71-72
  27. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 72
  28. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 74
  29. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 75
  30. 1 2 3 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 76
  31. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 77
  32. 1 2 3 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 78
  33. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 79
  34. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 83
  35. "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.