Uğur Şahin

Vikipediya, azad ensiklopediya
En Merker (müzakirə | töhfələr) (→‎Təhsili) tərəfindən edilmiş 09:08, 22 mart 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Uğur Şahin
Uğur Şahin
Uğur Şahin 2019-cu ildə fevralın 4-də Heidelbergdə elmi konfrans zamanı
Uğur Şahin 2019-cu ildə fevralın 4-də Heidelbergdə elmi konfrans zamanı
Doğum tarixi (58 yaş)
Doğum yeri İskəndərun, Hatay, Türkiyə
Vətəndaşlığı  Almaniya
Həyat yoldaşı Özləm Türeci
Uşağı 1
Milliyyəti türk
Dini islam
İxtisası immunoloq, sahibkar
Təhsili Köln Universiteti
Mayns Universiteti
Fəaliyyəti onkoloq, universitet müəllimi[d], təşəbbüskar, həkim
Tanınır BNT162b2, BioNTech, COVID-19 Peyvəndi, xərçəng tədqiqatları
Mükafatları Georges Köhler Prize (2005)
"Mustafa" mükafatı (2019)
German Cancer Award (2019)
Financial Times Person of the Year(2020)
Aksel Şprinqer mükafatı (2020)
Almaniya Federativ Respublikası Ləyaqət Nişanı[1]
Üzvlüyü
İmza
Profile at BioNTech
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uğur Şahin (29 sentyabr 1965, İskəndərun, Hatay, Türkiyə) — xərçəng tədqiqatlarında ixtisaslaşmış türk əsilli alman immunoloq.[2][3] Biotexnologiya şirkəti olan "BioNTech"in qurucusu və icraçı direktoru. 2006-cı ildən Mayns Universitetinin III Tibb Klinikasında Eksperimental Onkologiya üzrə professor, 2008-ci ildən bəri həyat yoldaşı Özləm Türeci ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarə Heyətinin sədridir. Şahin COVID-19 peyvəndinin qabaqcıl istehsalçılarından biri sayılır.[4]

Həyatı və təhsili

Uğur Şahin 19 sentyabr 1965-ci ildə Hatayın İskəndərun şəhərində Ələvi ailəsində anadan olub.[5] Dörd yaşında anası ilə birlikdə Almaniyanın Köln şəhərinə Ford Motor Şirkətində çalışan atasının yanına köçür. Orta təhsilini başa vurduqdan sonra Köln Universitetinin tibb fakültəsində tibb təhsili aldı və 1992-ci ildə məzun oldu.[6] Doktorluq dərəcəsini 1993-cü ildə "şiş hüceyrələrində immunoterapiya" mövzusunda araşdırmalarına görə həmin universitetdə Maykl Freundşunun rəhbərliyi ilə almışdır.[7] 2000-2001-ci illər arasında Şahin, 1996-cı il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Rolf Tsinkernagel və Hans Henqartner ilə birlikdə Sürix Universiteti Xəstəxanasında laboratoriyada müxtəlif araşdırmalarda iştirak etdi.[8]

Təhsili

Şahin hələ 20 yaşında tələbə ikən laboratoriyada işləməyə başladı. 1990-cı illərin əvvəllərində Köln Universitetinin leykoz şöbəsində, sonra Saarlənd Universitetində səkkiz il daxili xəstəliklərhematoloji-onkologiya doktoru olaraq çalışdı.[9] Yüksək məhsuldar immunoloji metodlar və bioinformatik yanaşmalardan istifadə edərək xərçəng hədəfi kəşfində qabaqcıl olan Şahin, yeni xərçəng biomarkerlərini və hədəf terapiya platformalarını əhatə edən 70-dən çox müstəqil patent tətbiqinə malikdir.[10] İşlərində immunoloq həyat yoldaşı Özləm Türeci ilə tez-tez əməkdaşlıq edir və 2001-ci ildə xərçəngə qarşı monoklonal antikorları inkişaf etdirmək üçün Ganymed İlaçı qurdular. Ganymed, Yaponiyanın əczaçılıq şirkəti Astellas Pharma tərəfindən 2016-cı ildə 1,4 milyard dollarlıq bir müqavilə ilə satın alındı.[11] Şahin 2008-ci ildə milyarder Strünqmann qardaşlarının dəstəyi ilə BioNTech şirkətini qurdu. Ganymedi idarə edən Türeci, illərlə şirkətin elmi məsləhətçisi olaraq çalışdı və Ganymed satıldıqdan sonra BioNTech-ə baş həkim olaraq qatıldı. Hal-hazırda 1300 işçisi olan BioNTech ilə cütlük insan orqanizminin öz antigenini istehsal etməsini təmin etmək üçün MRNT adlı genetik materialdan istifadə edərək fərdi xərçəng immunoterapiya müalicə üsullarını inkişaf etdirməyə başladılar.[12] Məqsəd, genetik məlumatları daşıyan, immunitet sisteminin müvafiq reaksiyasını gücləndirərək şişlərin inhibisyonuna və geriləməsinə səbəb olan xəbərçi maddə olan ribonuklein turşusu (RNT) əsasında xərçəng peyvəndini inkişaf etdirməkdir. Komandası ilə birlikdə hər xəstənin xərçəng mutasiya profilinə xüsusi olaraq uyğunlaşdırılmış MRNT əsaslı peyvəndlərin inkişafına öncülük etdi. Şahin, 2010-cu ildən bu yana Maynsdakı İohanna Quttenberq adına Mayns Universiteti Tibb Mərkəzində Translasyonal Onkoloji və İmmunoloji Mərkəzinin (TRON) direktoru vəzifəsini icra edir. Bundan əvvəl, 2010-cu ildən 2019-cu ilin sentyabrına qədər TRON-un ümumi elmi müdürlüyünü icra etdi. Xərçəng və yüksək tibbi müdaxilələrə ehtiyacı olan digər ciddi xəstəliklərin diaqnozunun qoyulması və dərmanlarının tapılmasını özünə missiya edən bioloji preparatların tədqiqatı təşkilatı olan TRON-un həmtəsisçisi və şəriki olan Şahin, eyni zamanda burada tədqiqat və araşdırmalar aparan doktorantlara elmi məsləhətlər də verməkdədir.[13]

2019-cu ildə Çində ortaya çıxan və bütün dünyaya yayılan COVID-19 pandemiyasından sonra şirkət bütün diqqətini koronavirus peyvəndini hazırlamağa yönəltdi. Amerika dərman şirkəti Pfizer və BioNTech-in 9 noyabr 2020-ci il tarixli ortaq açıqlamasında Dr. Şahin və qrupu tərəfindən SARS-CoV-2-ə qarşı hazırlanan BNT162 peyvəndinin təsir nisbətinin yüzdə 90-dan çox olduğunu bildirdi. Edilən açıqlamada, hazırlanan peyvəndin təhlükəsizliyi ilə əlaqədar ciddi narahatlığa səbəb olacaq bir tapıntı olmadığı və peyvənd üçün təcili istifadə lisenziyası almaq üçün bu ay ABŞ səlahiyyətlilərinə müraciət etməsi gözlənilir.[7] COVID-19 peyvəndi xəbərinin ardından Fransız xəbər kanalı La Chaîne Info (LCI) türk cütlüyünü radioaktivliyi tapan KimyaFizika üzrə Nobel mükafatı laureatları Pyer KüriMariya Küri ilə müqayisə etdi.[14]

2021-ci il martın 19-da o, və həyat yoldaşı Özləm Türeci COVID-19-ə qaşı peyvənd hazırlamaqda əldə etdikləri uğur səbəbiylə Almaniya Federativ Respublikasının ən yüksək mükafatı olan Ləyaqət Ordeni ilə təltif olundular. Bellevue Sarayında təşkil edilən təltif etmə mərasiminə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Angela Merkel də qatılmışdılar. Alim cütlüyə mükafatı çəxsən Kansler Angela Merkel təqdim etmişdir.[1]

Üzvü olduqları

Şahin 2004-cü ildən bəri Alman İmmunologiya Cəmiyyətinin və 2008-ci ildən Mayns, Tənzimləyici Araşdırmalar Qrupu, Xərçəng İmmunoterapiyası Dərnəyinin (CIMT) Proqram Komitəsinin üzvüdür. 2012-ci ildə Maynsda qurulan Fərdi İmmuno Müdaxilə Komitəsinin (CI3) qurucularından biri idi.[15][16] 2014-cü ildən Amerika Xərçəng Araşdırmaları Birliyinin (AACR) və 2015-ci ildən Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) üzvüdür.[17]

Nəşrləri

ABŞ Milli Tibb Kitabxanasında Şahinin iştirak etdiyi 345 klinik tədqiqat və digər nəşrlər siyahıya alınmışdır; 49-nun ilkin müəllifidir.[18] ABŞ Patent və Ticarət markası bürosu onunla əlaqəli bir neçə patentin siyahısını verir.[19]

Şəxsi həyatı

Universitetdə təhsil aldığı illərdə İstanbuldan Almaniyaya köçmüş bir həkimin qızı Özləm Türeci ilə tanış oldu. Şahin, 2002-ci ildə Mayns İohanna Quttenberq adına Universitetin Tibb Mərkəzində çalışan Türeci ilə evləndi. Bloomberg Businessweek tərəfindən 2020-ci ilin dekabrında yayımlanan "Dünyanın ən zəngin 500 insanı" siyahısında 5.4 milyard dollarlıq şəxsi varidatı ilə 456-cı yeri tutan Şahin, "dünyanın ən zəngin Türkü" ünvanını da əlində saxlayır.[20][21] Bununla yanaşı, həyat yoldaşı Özləm Türeci ilə “Almaniyanın 100 ən varlı adamı” sırasında yer alır.[22] Şahin, iqtisadiyyat jurnalı Forbes tərəfindən dərc olunan "2020-ci ildə milyarder statusu qazanan səhiyyə sektorundakı 50 nəfər " siyahısında 4.2 milyard dollarlıq sərvətiylə birinci sırada yer aldı.[23]

Mükafatları

  • 1995: Alman HematologiyaOnkologiya Cəmiyyətinin (DGHO) Vinçenz Çerni mükafatı [24]
  • 1995: Amerika Klinik Onkologiya Cəmiyyətinin Merit mükafatı[17]
  • 1997: Kaloqero Paqlierello Araşdırma mükafatı[25]
  • 2006 və 2010: Almaniya Federal Təhsil və Araşdırma Nazirliyi tərəfindən "GO-Bio mükafatı"[26]
  • 2012: Fərdi İmmun Müdaxiləsi üçün CI3-Regional Klasterin bir hissəsi olan TRON layihələri üçün BMBF Spitzenklaster mükafatı[27]
  • 2017/18: Təbiət Elmləri üzrə ERC Advanced Grant mükafatı[28]
  • 2019: "Mustafa" mükafatı[29]
  • 2019: Alman Xərçəng mükafatı[30]
  • 2020: Axel Springer SE tərəfindən "Covid-19"-a qarşı hazırladıqları mRNT peyvəndinə görə Fəxri mükafat[31]
  • 2021: Financial Times-ın seçdiyi ilin adamı[32]

Ədəbiyyat

İstinadlar

  1. 1 2 https://amp.dw.com/tr/t%C3%BCreci-ve-%C5%9Fahine-liyakat-ni%C5%9Fan%C4%B1-verildi/a-56926860 (#bare_url_missing_title).
  2. Hatice Akyün, ""Wir sind Impfstoff": Über zwei Wissenschaftler, die nicht nur Hoffnung gegen das Virus machen.", Der Tagesspiegel (alman), April 26, 2020, İstifadə tarixi: October 26, 2020
  3. Johannes Göbel, "Erfolgreiches "Mainzer Modell"", Deutschland-Portal (alman), Fazit Communication, German Federal Foreign Office, March 26, 2015, İstifadə tarixi: October 26, 2020
  4. Kurt Stukenberg, "Immuningenieure im Wettlauf gegen die Zeit", Der Spiegel (alman), Hamburg: Spiegel-Verlag Rudolf Augstein, October 23, 2020, İstifadə tarixi: October 26, 2020
  5. (alman) https://www.derstandard.at/story/2000122601040/migration-und-qualifikation (#bare_url_missing_title). (#first_missing_last)
  6. https://amp.dw.com/en/german-researchers-advance-coronavirus-vaccine/a-55549895 (#bare_url_missing_title).
  7. 1 2 https://www.nytimes.com/2020/11/10/business/biontech-covid-vaccine.amp.html (#bare_url_missing_title). (#first_missing_last)
  8. https://www.sfb1399.de/research/principal-investigators/prof-dr-med-ugur-sahin (#bare_url_missing_title).
  9. https://www.lifescienceleader.com/doc/how-one-professor-built-two-billion-dollar-biotechs-0001 (#bare_url_missing_title). (#first_missing_last)
  10. https://orcid.org/0000-0003-0363-1564 (#bare_url_missing_title).
  11. https://www.forbes.com/sites/nathanvardi/2020/06/01/ugur-sahin-becomes-a-billionaire-on-hopes-for-technology-behind-covid-19-vaccine/?sh=2c86fa0f33fb (#bare_url_missing_title). (#first_missing_last)
  12. https://amp.theguardian.com/world/2020/nov/10/ugur-sahin-and-ozlem-tureci-german-dream-team-behind-vaccine (#bare_url_missing_title). (#first_missing_last)
  13. https://tron-mainz.de/about-tron/management/ (#bare_url_missing_title).
  14. https://www.amerikaninsesi.com/a/corona-asisini-bulan-turk-cifte-pierre-marie-cruie-benzetmesi/5656859.html (#bare_url_missing_title). (#first_missing_last)
  15. The Cluster for Individualized Immune Intervention (Ci3) (ingilis), İstifadə tarixi: October 26, 2020
  16. Cluster für Individualisierte ImmunIntervention (Ci3) – BMBF Spitzencluster (alman), Bundesministerium für Bildung und Forschung (BMBF), İstifadə tarixi: October 26, 2020
  17. 1 2 "Prof. Dr. med. Ugur Sahin", SFB 1399: Mechanisms of Drug Sensitivity and Resistance in Small Cell Lung Cancer, Department of Translational Genomics, University of Cologne, İstifadə tarixi: October 26, 2020
  18. "Advanced Search", ClinicalTrials (ingilis), U.S. National Library of Medicine, İstifadə tarixi: November 25, 2020
  19. "Advanced Search", Patent Full-Text and Image Database (ingilis), U.S. Patent and Trademark Office, İstifadə tarixi: November 25, 2020
  20. https://www.bloomberg.com/billionaires/ (#bare_url_missing_title).
  21. https://www.sozcu.com.tr/2020/ekonomi/ugur-sahin-dunyadaki-en-zengin-turk-oldu-serveti-51-milyar-dolar-6154902/ (#bare_url_missing_title).
  22. https://www.bbc.com/turkce/haberler-dunya-54882588 (#bare_url_missing_title).
  23. https://www.indyturk.com/node/292381/ekonomi%CC%87/forbes%E2%80%99-%E2%80%9Cmilyarder-doktorlar%E2%80%9D-listesine-biontech%E2%80%99-kurucu-orta%C4%9F%C4%B1-u%C4%9Fur-%C5%9Fahin-de (#bare_url_missing_title).
  24. Preisträger Vincenz-Czerny-Preis und deren Arbeiten (alman), Deutsche Gesellschaft für Hämatologie und Medizinische Onkologie, İstifadə tarixi: October 26, 2020
  25. Ugur Sahin, Managing Director (Science and Research) of Translational Oncology at the University Medical Center of the Johannes Gutenberg University Mainz – Tron (ingilis), University of Birmingham, İstifadə tarixi: October 26, 2020
  26. GO-Bio Erfolge (alman), Bundesministerium für Bildung und Forschung (BMBF), İstifadə tarixi: October 26, 2020
  27. "Prof. Ugur Sahin, MD PhD", ISCOMS (ingilis), International Student Congress of (Bio)medical Sciences, İstifadə tarixi: October 26, 2020
  28. Prof. Ugur Sahin Receives Prestigious European Research Council (ERC) Advanced Grant for Personalized Cancer Vaccines (alman), Mainzer Wissenschaftsallianz, April 19, 2018, December 8, 2020 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  29. The 2019 Mustafa Prize Laureates (ingilis), November 10, 2020 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  30. Viermal Deutscher Krebspreis für DKTK Wissenschaftler (alman), Deutsches Konsortium für Translationale Krebsforschung (DKTK) – Deutsches Krebsforschungszentrum, February 28, 2019, İstifadə tarixi: October 26, 2020
  31. "Deutscher Nachhaltigkeitspreis: Startseite". Deutscher Nachhaltigkeitspreis (alman). İstifadə tarixi: December 17, 2020.
  32. Miller, Joe; Cookson, Clive. "FT People of the Year: BioNTech's Ugur Sahin and Ozlem Tureci". Financial Times. December 16, 2020. İstifadə tarixi: December 17, 2020.

Xarici keçidlər

П:  Tibb portalı