Uğur Şahin (19 sentyabr 1965[2][3], İskəndərun, Hatay ili[4][5]) — xərçəng tədqiqatlarında ixtisaslaşmış türk əsilli alman immunoloq.[6][7] Biotexnologiya şirkəti olan "BioNTech"in qurucusu və icraçı direktoru. 2006-cı ildən Mayns Universitetinin III Tibb Klinikasında Eksperimental Onkologiya üzrə professor, 2008-ci ildən bəri həyat yoldaşı Özləm Türeci ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarə Heyətinin sədridir. Şahin COVID-19 peyvəndinin qabaqcıl istehsalçılarından biri sayılır.[8]
Uğur Şahin | |
---|---|
Uğur Şahin | |
| |
Doğum tarixi | 19 sentyabr 1965[2][3] (59 yaş) |
Doğum yeri | |
Milliyyəti | türk |
Həyat yoldaşı | Özləm Türeci |
Uşağı | 1 |
Elm sahələri | tibb[1], onkologiya[1], İmmunologiya[1], vaksin[1], COVID-19[1] |
İş yerləri | |
Təhsili |
Köln Universiteti Mayns Universiteti |
Tanınır | BNT162b2, BioNTech, COVID-19 Peyvəndi, xərçəng tədqiqatları |
Üzvlüyü | |
Mükafatları |
|
Profile at BioNTech | |
Vikianbarda əlaqəli mediafayllar |
Uğur Şahin 19 sentyabr 1965-ci ildə Hatayın İskəndərun şəhərində Ələvi ailəsində anadan olub.[9] Dörd yaşında anası ilə birlikdə Almaniyanın Köln şəhərinə Ford Motor Şirkətində çalışan atasının yanına köçür. Orta təhsilini başa vurduqdan sonra Köln Universitetinin tibb fakültəsində tibb təhsili aldı və 1992-ci ildə məzun oldu.[10] Doktorluq dərəcəsini 1993-cü ildə "şiş hüceyrələrində immunoterapiya" mövzusunda araşdırmalarına görə həmin universitetdə Maykl Freundşunun rəhbərliyi ilə almışdır.[11] 2000-2001-ci illər arasında Şahin, 1996-cı il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Rolf Tsinkernagel və Hans Henqartner ilə birlikdə Sürix Universiteti Xəstəxanasında laboratoriyada müxtəlif araşdırmalarda iştirak etdi.[12]
Şahin hələ 20 yaşında tələbə ikən laboratoriyada işləməyə başladı. 1990-cı illərin əvvəllərində Köln Universitetinin leykoz şöbəsində, sonra Saarlənd Universitetində səkkiz il daxili xəstəliklər və hematoloji-onkologiya doktoru olaraq çalışdı.[13] Yüksək məhsuldar immunoloji metodlar və bioinformatik yanaşmalardan istifadə edərək xərçəng hədəfi kəşfində qabaqcıl olan Şahin, yeni xərçəng biomarkerlərini və hədəf terapiya platformalarını əhatə edən 70-dən çox müstəqil patent tətbiqinə malikdir.[14] İşlərində immunoloq həyat yoldaşı Özləm Türeci ilə tez-tez əməkdaşlıq edir və 2001-ci ildə xərçəngə qarşı monoklonal antikorları inkişaf etdirmək üçün Ganymed İlaçı qurdular. Ganymed, Yaponiyanın əczaçılıq şirkəti Astellas Pharma tərəfindən 2016-cı ildə 1,4 milyard dollarlıq bir müqavilə ilə satın alındı.[15] Şahin 2008-ci ildə milyarder Strünqmann qardaşlarının dəstəyi ilə BioNTech şirkətini qurdu. Ganymedi idarə edən Türeci, illərlə şirkətin elmi məsləhətçisi olaraq çalışdı və Ganymed satıldıqdan sonra BioNTech-ə baş həkim olaraq qatıldı. Hal-hazırda 1300 işçisi olan BioNTech ilə cütlük insan orqanizminin öz antigenini istehsal etməsini təmin etmək üçün MRNT adlı genetik materialdan istifadə edərək fərdi xərçəng immunoterapiya müalicə üsullarını inkişaf etdirməyə başladılar.[16] Məqsəd, genetik məlumatları daşıyan, immunitet sisteminin müvafiq reaksiyasını gücləndirərək şişlərin inhibisyonuna və geriləməsinə səbəb olan xəbərçi maddə olan ribonuklein turşusu (RNT) əsasında xərçəng peyvəndini inkişaf etdirməkdir. Komandası ilə birlikdə hər xəstənin xərçəng mutasiya profilinə xüsusi olaraq uyğunlaşdırılmış MRNT əsaslı peyvəndlərin inkişafına öncülük etdi. Şahin, 2010-cu ildən bu yana Maynsdakı İohanna Quttenberq adına Mayns Universiteti Tibb Mərkəzində Translasyonal Onkoloji və İmmunoloji Mərkəzinin (TRON) direktoru vəzifəsini icra edir. Bundan əvvəl, 2010-cu ildən 2019-cu ilin sentyabrına qədər TRON-un ümumi elmi müdürlüyünü icra etdi. Xərçəng və yüksək tibbi müdaxilələrə ehtiyacı olan digər ciddi xəstəliklərin diaqnozunun qoyulması və dərmanlarının tapılmasını özünə missiya edən bioloji preparatların tədqiqatı təşkilatı olan TRON-un həmtəsisçisi və şəriki olan Şahin, eyni zamanda burada tədqiqat və araşdırmalar aparan doktorantlara elmi məsləhətlər də verməkdədir.[17]
2019-cu ildə Çində ortaya çıxan və bütün dünyaya yayılan COVID-19 pandemiyasından sonra şirkət bütün diqqətini koronavirus peyvəndini hazırlamağa yönəltdi. Amerika dərman şirkəti Pfizer və BioNTech-in 9 noyabr 2020-ci il tarixli ortaq açıqlamasında Dr. Şahin və qrupu tərəfindən SARS-CoV-2-ə qarşı hazırlanan BNT162 peyvəndinin təsir nisbətinin yüzdə 90-dan çox olduğunu bildirdi. Edilən açıqlamada, hazırlanan peyvəndin təhlükəsizliyi ilə əlaqədar ciddi narahatlığa səbəb olacaq bir tapıntı olmadığı və peyvənd üçün təcili istifadə lisenziyası almaq üçün bu ay ABŞ səlahiyyətlilərinə müraciət etməsi gözlənilir.[11] COVID-19 peyvəndi xəbərinin ardından Fransız xəbər kanalı La Chaîne Info (LCI) türk cütlüyünü radioaktivliyi tapan Kimya və Fizika üzrə Nobel mükafatı laureatları Pyer Küri və Mariya Küri ilə müqayisə etdi.[18]
2021-ci il martın 19-da o, və həyat yoldaşı Özləm Türeci COVID-19-ə qaşı peyvənd hazırlamaqda əldə etdikləri uğur səbəbiylə Almaniya Federativ Respublikasının ən yüksək mükafatı olan Ləyaqət Ordeni ilə təltif olundular. Bellevue Sarayında təşkil edilən təltif etmə mərasiminə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Angela Merkel də qatılmışdılar. Alim cütlüyə mükafatı çəxsən Kansler Angela Merkel təqdim etmişdir.[19]
Şahin 2004-cü ildən bəri Alman İmmunologiya Cəmiyyətinin və 2008-ci ildən Mayns, Tənzimləyici Araşdırmalar Qrupu, Xərçəng İmmunoterapiyası Dərnəyinin (CIMT) Proqram Komitəsinin üzvüdür. 2012-ci ildə Maynsda qurulan Fərdi İmmuno Müdaxilə Komitəsinin (CI3) qurucularından biri idi.[20][21] 2014-cü ildən Amerika Xərçəng Araşdırmaları Birliyinin (AACR) və 2015-ci ildən Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) üzvüdür.[22]
ABŞ Milli Tibb Kitabxanasında Şahinin həmmüəllifi olduğu 345 klinik tədqiqat və digər elmi məqalələr var; 49-nun ilk müəllifidir.[23] ABŞ Patent və Ticarət markası bürosu databazasında onunla əlaqəli bir neçə patent var.[24]
Universitetdə təhsil aldığı illərdə İstanbuldan Almaniyaya köçmüş bir həkimin qızı Özləm Türeci ilə tanış oldu. Şahin, 2002-ci ildə Mayns İohanna Quttenberq adına Universitetin Tibb Mərkəzində çalışan Türeci ilə evləndi. Bloomberg Businessweek tərəfindən 2020-ci ilin dekabrında yayımlanan "Dünyanın ən zəngin 500 insanı" siyahısında 5.4 milyard dollarlıq şəxsi varidatı ilə 456-cı yeri tutan Şahin, "dünyanın ən zəngin Türkü" ünvanını da əlində saxlayır.[25][26] Bununla yanaşı, həyat yoldaşı Özləm Türeci ilə “Almaniyanın 100 ən varlı adamı” sırasında yer alır.[27] Şahin, iqtisadiyyat jurnalı Forbes tərəfindən dərc olunan "2020-ci ildə milyarder statusu qazanan səhiyyə sektorundakı 50 nəfər " siyahısında 4.2 milyard dollarlıq sərvətiylə birinci sırada yer aldı.[28]
<ref>
teqi; nişan
adlı istinad üçün mətn göstərilməyibTibb portalı |