Köln Universiteti (alm. Universität zu Köln; ing. University of Cologne), Almaniyanın Köln şəhərində yerləşən 48.000-dən çox tələbəsi olan Almaniyanın ən böyük universitetlərindən biridir.
Köln Universiteti | |
---|---|
Universität zu Köln | |
50°55′41″ şm. e. 6°55′43″ ş. u.HGYO | |
Şüar | "1388-ci ildən yaxşı ideyalar" |
Əsası qoyulub | 1388 |
Yenidən təşkil olunub | 1919 |
Tip | dövlət |
Rektor | Aksel Fraymut |
Tələbə sayı | 48,962[1] |
Şəhər | Köln |
Ölkə | |
Ünvan | Albertus-Magnus-Platz, 50923 |
Sayt | uni-koeln.de |
Vikianbarda əlaqəli mediafayllar |
Mərkəzi Avropada qurulan altıncı universitet olduğu üçün Avropanın ən köklü ali təhsil müəssisələrindən biri olaraq bilinən Köln Universiteti[3] 1798-ci ildə bağlanmasına baxmayaraq 1919-cu ildə yenidən açılır. Köln Universiteti Alman Mükəmməl Universitetləri qrupunun üzvüdür (alm. Exzellenzinitiative) və 2017-ci ilə qədər Times Higher Education reytinqinə görə dünyada 145-ci yerdədir.[4]
Köln Universiteti 1388-ci ildə Müqəddəs Roma İmperiyasının dördüncü universiteti olaraq, Praqa Çarlz Universitetindən (1348), Vyana Universitetindən (1365) və Ruprext Karl Heydelberq Universitetindən (1386) sonra quruldu. Universitetin qurulması sənədi Papa VI Urban tərəfindən imzalanmışdır. Universitet 6 yanvar 1389-cu ildən tədrisə başladı. 1798-ci ildə universiteti 1794-cü ildə Kölnü işğal etmiş fransızlar bağladı. Bu dövrdə, yeni Fransa konstitusiyası səbəbiylə Fransa daxilində bir çox universitetlər bağlandı. Son rektor Ferdinand Franz Vallraf, bu gün də istifadə olunan Universitetin böyük möhürünü qoruya bilmişdir.
1919-cu ildə Prussiya hökuməti Köln Xalq Şurasının universiteti yenidən qurulması barədə qərarını təsdiqlədi. Yeni qurulacaq universitet, Reyn çayının qərb sahilindəki Strasburq Universitetinin Elzasın qalan hissəsinin Fransaya verilməsi itkisinin əvəzlənməsi fikri kimi qəbul edildi. 29 may 1919-cu ildə Köln Bələdiyyə Başçısı Konrad Adenauer, müasir universitetin qurulmasl sənədini imzaladı.
Bu dövrdə yeni universitet Neustadt-Süddə yerləşirdi, lakin 2 noyabr 1934-cü ildə Lindenthaldakı mövcud kampusuna köçdü. Köhnə bina bu gün Köln Tətbiqi Elmlər Universiteti tərəfindən istifadə olunur.
Əvvəlcə universitet Biznes, İqtisadiyyat və Sosial Elmlər və Tibb fakültələrindən ibarət idi. 1920-ci ildə Hüquq fakültəsi və Sənət fakültəsi əlavə edildi və 1955-ci ildə Riyaziyyat və Təbiət Elmləri bölmələri də ayrıca fakültələr olaraq yaradıldı. 1980-ci ildə Reynland Təhsil Məktəbinin iki Köln şöbəsi, Təhsil və Özəl Təhsil fakültələri olaraq universitetə əlavə edildi. 1988-ci ildə universitet, indi Beynəlxalq İdarəetmə Təhsil İttifaqı adlanan Avropa İdarəetmə Məktəbləri və Beynəlxalq Şirkətlər Birliyinin (CEMS) qurucu üzvü oldu.
Universitet iqtisadiyyat sahəsində liderdir və mütəmadi olaraq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə hüquq və ticarət baxımından ən üst sıralarda yer alır.
Köln Universiteti, Şimali Reyn-Vestfaliya federal əyaləti tərəfindən idarə olunan dövlətə məxsus bir qurumdur.
Universitet ümumilikdə 200 kafedradan ibarət altı fakültədən ibarətdir: İdarəetrmə, İqtisadiyyat, Sosial Elmlər, Hüquq, Tibb (ona bağlı Universitet klinikası ilə), Sənət, Riyaziyyat və Təbiət Elmləri.
Fakultə | Tələbə |
---|---|
İdarəetmə, İqtisadiyyat ("ekonomika") və İctimai elmlər | c. 10.000 |
Hüquq fakültəsi | c. 5000 |
Köln Universiteti xəstəxanası və Tibb fakültəsi | c. 3,200 |
İncəsənət və Humanitar elmlər fakültəsi | c. 16,500 |
Riyaziyyat və Təbiət elmləri fakültəsi | c. 7.500 |
Sosial Elmlər fakültəsi | c. 2,800 |
Fizik Aksel Freymut, 24 noyabr 2004-cü ildə Universitetin rektoru seçildi və səlahiyyət müddətinə 1 aprel 2005-ci ildə başladı. 1919-cu ildən bu yana 49-cu rektor seçilən Freymut, Tassilo Küpperin yerinə keçdi. Freymut əvvəllər Riyaziyyat və Təbiət Elmləri fakültəsinin dekanı vəzifəsində çalışıb.
2005-ci ildə Universitetdə 3718 aspirant da daxil olmaqla 47203 tələbə var idi. 2003-cü ildə doktorantura sonrası tələbələrin sayı 47670 idi.
2005-ci ilin yayında, 123 fərqli ölkədən gələn beynəlxalq tələbə sayı 6156 idi. Bu, ümumi tələbələrin təxminən 13% -ni təşkil edirdi. İnkişaf etməkdə olan ölkələrin tələbələri beynəlxalq tələbələrin təxminən 60% -ni təşkil edirdi. Ən çox xarici tələbə qrupu Bolqarıstandan (% 10,5), Rusiyadan (% 8,8), Polşadan (% 7,4), Çindən (% 6,2) və Ukraynadan (% 5,7) gəlir.
Universitetdə 508 professor var, onlardan 70-i qadındır. Bundan əlavə, universitet klinikasında 765 nəfərdən çox, 1549 tədqiqat köməkçisi və 1462 köməkçi (klinikada 3736) işləyir.
Köln Universiteti on ölkənin universitetləri ilə rəsmi əməkdaşlıq edir.[5] Bunlardan I Klermont-Ferrand və Pensilvaniya Ştat Universiteti ilə ortaqlıqlar ən qədim ortaqlıqlardır. Bundan əlavə, Köln 260-dan çox digər universitetlə də əməkdaşlıq edir.[6]
|
|
Əsrlər boyu Köln Universitetindən Albert Maqnus və tələbəsi Akvinalı Foma (hər ikisi də 13-cü əsrdən) kimi öz sahələrində tanınmış akademiklər çıxmışdır. XX əsrin əsas məzunları arasında Kurt Alder (1950-ci ildə Kimya üzrə Nobel mükafatı laureatı), Piter Qrünberq (2007-ci ildə Fizika üzrə Nobel mükafatı laureatı), Henrix Böll (Ədəbiyyat üzrə Nobel mükafatı laureatı), Karl Karstens (1979-cu il Almaniya Federativ Respublikasının prezidenti), Qustav Haynemann (1969-1974 Almaniya Federativ Respublikasının prezidenti), Karolos Papoulyas (Yunanıstanın keçmiş prezidenti), Erich Gutenberg (müasir Alman biznes tədqiqatlarının qurucusu), Aksel Okenfels və Eberhard Voyt və başqaları yer alır.