Azad Azərbaycan TV
ATV | |
---|---|
Loqonun şəkli | |
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Azerspace-1 və Express AMU1 peyklərinin əhatə dairələri |
Dil | Azərbaycan dili |
Baş qərargah | Abbas Mirzə Şərifzadə küçəsi 10, Bakı, Azərbaycan |
Yaranma tarixi | 25 dekabr 2000 |
Sahibi | Azad Azərbaycan Teleradio Yayım Şirkəti |
Rəhbərlik | Azər Xəlilov |
Şüar |
Ən baxımlı kanal (2000-2014; 2020-h.h.) Baxdıqca baxılır! (2014-2019) |
Qardaş kanallar |
106 FM (2000-h.h.) 106.3 FM (2004-h.h.) ATV International (2009-2013) ATV Cinema (2016-h.h.) ATV Vivace (2016-h.h.) |
Sayt | atv.az |
Vikianbarda əlaqəli mediafayllar |
Azad Azərbaycan — 25 dekabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri.
Tarixçə
"Azad Azərbaycan Teleradio Yayım Şirkəti" 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci il tarixində isə yayıma başlamışdır. İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edirdi.[1] Lakin 2002-ci ildən "Son Xəbər" adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlamışdır[2]. 2003-cü il Prezident seçkiləri günü axşam saatlarında baş verən hadisələr zamanı ATV-nin müxbir və operatoruna da ciddi xəsarət yetirilmişdi. Buna səbəb kanalın yarandığı gündən qərəzli mövqe tutmasındadır. 31 dekabr 2007-ci il tarixinə qədər azərbaycanca verilişlərlə yanaşı rusca verilişlər də (Russkie Zvyozdı) yayımlayırdı. Sonradan MTRŞ-nin qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma keçmişdir. 2009-cu ilin oktyabrında ATV International adlı qardaş kanalı yayıma başlamışdı. 2011-ci ildə telekanalda əsaslı dəyişikliklər başladı. Telekanalın rəhbərliyi dəyişdi. Həmçinin kanalın 10 ildən çox müddəti olan loqotipi də 10 may 2011-ci il tarixində dəyişdirildi. 2012-ci il sentyabr ayından tamamilə yeniləndi. Verilişlərin məzmunu, keyfiyyəti yaxşılaşdı. Televiziyanın sutkalıq yayımı 24 saata çatdırıldı. Televiziyanın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil etməyə başladı. Telekanalın təsvir formatı 15 sentyabr 2015-ci il tarixində 4:3 formatından 16:9 formatlı yayım keçirilmişdir. Telekanalın ANS TV ilə qalmaqallı münasibətləri var. Bunun başlanğıcı 2015-ci ildə Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğın hadisəsindən sonra Mətanət Əliverdiyevanın həmin hadisə ilə əlaqədar "Gündəlik" verilişində "Biz o faciəni lap faciə etməməliyik, elə bil külək idi, film idi, baxdıq, getdi" ifadələrini işlətməsindən sonra başladı.[3] Həmin qalmaqalda ANS TV, Xəbərçi verilişində ATV-ni sərt tənqid etdi. Başqa qalmaqaldan biri də yenə həmin ilin sentyabr ayında ATV-nin Gürcüstandakı kilsələrin birində apardığı çəkilişlə bağlıdır.[4] Həmin sujetdə ANS TV, ATV-ni insanların dini hisləri ilə oynamasında ittiham edir. O sujetə cavab olaraq ATV də ANS TV-ni tənqid etmişdi.[5] İki kanal arasında qalmaqal davam etdi.
21 dekabr 2015-ci il tarixində "ATV Plus"da "HD" yayıma başlamışdır. "Azad Azərbaycan HD" kanalının tezliklə ölkənin hər yerindən izlənilməsi imkanı gözlənilir.
4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında yayımlanır.
Bağlanması
1 may 2020-ci ildə “Bəzədilmiş duvaq” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 6 may 2020-ci il tarixli 5/1 nömrəli qərarı ilə ATV-nin yayımı 9 may 2020-ci ildə saat 10:00-dan 11:00-dək 1 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.[6]
10 avqust 2020-ci ildə saat 16:00-17:00 arası müddətdə 15 dəqiqə 46 saniyə reklam yayımlanması “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 17 avqust 2020-ci il tarixli 12/2 nömrəli qərarı ilə ATV-nin yayımı 20 avqust 2020-ci ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.
Xəbərlər Departamenti
- 2002: - "ATV Xəbər"
- 2002-2019: - "ATV Həftə Sonu"
- 2013-2019: - "ATV OLAY" (Mətanət Əliverdiyeva, Aytən Səfərova, Tural Əzimov)
- 2013: - "ATV AKTUAL" (Aytən Əhmədova, Ariz Tarverdiyev, Vüqar Bektaş, Tural Əzimov)
- 2019: - "ATV Gündəlik"
- 2020: - "ATV Qərargah"
"ATV xəbər"in aparıcıları
- Pərvin Əsgərli
- Vüqar Bektaş
- Tural Əzimov
- Ariz Tarverdiyev
- Fidan Cəfərova
- Səmayə Quliyeva
Seriallar
- 2009-2019: - "Bacanaqlar"
- 2012: - "Pərvanələrin rəqsi"
- 2012: - "Acılar bitməz"
- 2012-2013: - "Sirr"
- 2012-2013: - "Həkimlər"
- 2012-2013: - "Məhkumlar"
- 2012-2013: - "Qağayı"
- 2013-2014: - "Kabusun kölgəsində"
- 2013-2014: - "Ləkə"
- 2013: - "Son hədd"
- 2013-2014: - "Sonuncu fəsil"
- 2013-2014: - "Çaqqal nəfəsi"
- 2013-2014: - "Həyat çiçəyi"
- 2013-2014: - "Toy gecəsi"
- 2013-2014: - "Qız yükü"
- 2013-2014: - "Səfərin ailəsi"
- 2014: - "Qız atası"
- 2013-2015: - "5+"
- 2015-2016: - "3+1"
- 2011-2018: - "Bozbash Pictures"
- 2015-2018: - "Qardaşlar"
- 2016-2018: - Vicdan haqqı (teleserial, 2016)
- 2016: - Dəfnə ağacı (teleserial, 2016)
- 2016: - Ər və arvad (serial, 2016)
- 2016-2017: -Günəşim ol (teleserial, 2016)
- 2016-2017: - Məryəm (teleserial, 2016)
- 2017-2018: - Laləli saray (teleserial, 2017)
- 2017-2018: - Ögey ana (teleserial, 2017)
- 2018-2019: - O gecə
- 2018-2019: - Təhminə və Zaur
- 2018-2019: - Sevgi naminə
- 2018-2020: - Buğlama
- 2018-2019: - Şou-Şu
- 2019-2020: - Duz komediya
- 2019: - Qara yazı
- 2019: - Keçmişin izində
- 2019: - Bir qadın
- 2019: - Qan qohumları
- 2019: - Bir Kişi Bir Qadın
- 2019-2020: - Leyli və Məcnun
- 2019: - Yuxu kimi
- 2020: - Ailəmiz
Xarici keçidlər
- Azad Azərbaycan | Canlı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Azad Azərbaycan | Web Xəbər səhifəsi Arxivləşdirilib 2015-05-16 at the Wayback Machine
- Azad Azərbaycan | Facebook səhifəsi
- Azad Azərbaycan | Instagram
- Rəsmi YouTube kanalı
- ATV Cinema YouTube kanalı
İstinadlar
- ↑ https://www.youtube.com/watch?v=FhFCMqFvCEY
- ↑ ATV. "Bu gün "Azad Azərbaycan" telekanalının 20 ili tamam olur" (az.). Youtube.com. 25.12.2020. İstifadə tarixi: 2020-12-25.
- ↑ https://www.youtube.com/watch?v=d6TIzOrWqMo
- ↑ https://www.youtube.com/watch?v=J_beamnmytw
- ↑ https://www.youtube.com/watch?v=g3ALYAkkoIc
- ↑ https://report.az/media/atv-nin-yayimi-1-saatliq-dayandirildi/