Muxtar Babayev
Muxtar Babayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1967 (56 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | nazir, siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Muxtar Babayev (16 oktyabr 1967, Bakı) — Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri.[1]
Həyatı
Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.
1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib.
2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib.[1]
Əmək fəaliyyəti
1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb.
1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2007–2010-cu illərdə SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010–2018-ci illərdə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2018-ci ilin aprelin 23-dən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziridir.[1]
İctimai-siyasi fəaliyyəti
Yeni Azərbaycan Partiyasının üzvüdür. 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 7 dekabr 2010-cu ildə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilmişdir.[1]
Mükafatları
- 19 sentyabr, 2012 — "Tərəqqi" medalı[2].
- 7 noyabr, 2017 — "Şöhrət" ordeni[3].
Həmçinin bax
- Azərbaycan Milli Məclisinin IV çağırışı
- Azərbaycan Milli Məclisinin V çağırışı
- "Tərəqqi" medalı ilə təltif edilənlərin siyahısı
- "Şöhrət" ordeni ilə təltif edilənlərin siyahısı
Xarici keçidlər
- Muxtar Babayev
- Muxtar Babayev
- Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri
- Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib
- Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib
- Yeni nazir
İstinadlar
- ↑ 1 2 3 4 Muxtar Babayev — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəsmi veb saytı — 20 oktyabr, 2019-cu il tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2012-ci il tarixli, 672 nömrəli Sərəncamı. — 3 aprel, 2018-ci il tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 noyabr, 2017-ci il tarixli, 3367 nömrəli Sərəncamı 13 oktyabr, 2018-ci il tarixində arxivləşdirilib.
- 16 oktyabrda doğulanlar
- 1967-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Moskva Dövlət Universitetinin məzunları
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Milli Məclisinin IV çağırış deputatları
- Azərbaycan Milli Məclisinin V çağırış deputatları