Cırdaxan Yevlax rayonunun Varvara inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. XIX əsrdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən gəlmiş bir qrup ailə indiki ərazidə Cırdaxanlı adlı məntəqə salmışdır. Kollektivləşmə illərində Məşədialılar və Naibli məntəqələri ilə birləşdirildikdən sonra yaranmış kənd Cırdaxan adlandırılmışdır. Etnotoponimdir. Qızılbaş tayfalarından biri olan cırdaxanlıların adındandır. Toponimin arealı Azərbaycanda Tovuz, Bərdə, Xanlar, Şəmkir, Qazax rayonlarını əhatə edir.[1].