Aşağı Qarxun (Yevlax)

Aşağı QarxunAzərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.

Aşağı Qarxun
40°35′09″ şm. e. 47°12′48″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Yevlax rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 12 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.291 nəf.
Xəritəni göstər/gizlə
Aşağı Qarxun xəritədə
Aşağı Qarxun
Aşağı Qarxun

Aşağı Qarxun Yevlax rayonunun Yuxarı Qarxun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndi XIX əsrdə İrəvan quberniyasındakı Qarxun kəndindən köçüb gəlmiş ailələr salmışlar. Yaşayış məntəqəsi Qarxun Korpukənd və ya Qıraqlı Qarxun da adlanır. Bu da onun Körpükəndin yaxınlığında və Kür çayı sahilində olması ilə əlaqədardır. XIX əsrin sonlarında kənd böyüyərək Aşağı və Yuxarı Qarxun kəndlərinə bölünmüşdür. Ermənistanın Eçmiədzin rayonundakı Araks kəndinin adı da 1946-cı ilədək Aşağı Qarxun adlanmışdır.[1].

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.