Duzdağ — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetindən Duzdax qəsəbəsi Nemətabad kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Duzdağ | |
---|---|
40°36′24″ şm. e. 47°02′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1924-cu ildə salınmış bu qəsəbədəki ilk müvəqqəti evlər neft kəşfiyyatı dəstəsinə məxsus olmuşdur. Sonralar burada yerləşən 8 nömrəli sovxozun malikanəsi əsasında abad yaşayış məntəqəsi yaranmışdır. 1965-ci ildən qəsəbə yaxınlığındakı Duzdağın adı ilə adlandırılmışdır.[2]
Qəsəbə düzənlikdə yerləşir.
Yevlax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |