Mihrican bayramı

Vikipediya, azad ensiklopediya
Abutalub (müzakirə | töhfələr) tərəfindən edilmiş 09:12, 31 mart 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Mehrigan (fars. مهرگان‎)— İran xalqları və zərdüştilikdə müqavilə, dostluq və sevgi ilahı Mehrin (fars. مهر‎) şərəfinə keçirilən bayram.

Mehrigan təqvim ilinin 196-ci günü ilə üst-üstə düşür. Təqvim ilinin başlanğıcı adətən Novruz bayramı günü (21 mart) götürülür və Mehrigan bayramı 2 oktyabra təsadüf edir.

Azərbaycanda

Mehrigan və ya mehrican mərasimi Azərbaycanda son illərə qədər ilin əmək qələbəsi, ilin yekunu bayramı - məhsul bayramı kimi qeyd olunmuşdur. Mihrican bayramı həmişə payız fəslində, məhsul yığımından sonra keçirilmişdir. Bayram günlərində müxtəlif mərasim oyunları və tamaşaları göstərilər, qədim əmək nəğmələri oxunardı. Təntənəli günlərin "Ali Mihrican" adlanan altıncı günü böyük bayrama çevrilir, orada zorxana və atüstü oyunları, oxatma və idman yarışları keçirilirdi. Qonum-qonşu bir-birini təbrik edir, topladıqları məhsuldan pay verir, hər evdə meyvə (xüsusilə narıngi və nar) və şirniyyat süfrəsi açılır, həftə bazarları təşkil edilirdi.[1]

İstinadlar

  1. Azərbaycan. Mədəniyyət və turizm, Prezident Kitabxanası

Ədəbiyyat