İradə Gülməmmədova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İradə Gülməmmədova
bayraq
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
2 sentyabr 2015 – 19 yanvar 2022
ƏvvəlkiZakir Fərəcov
SonrakıAbdin Fərzəliyev
bayraq
Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini
bayraq2
2014 – 2015
BaşçıZakir Fərəcov
bayraq
Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini
bayraq2
2006 – 2014
BaşçıZakir Fərəcov
Şəxsi məlumatlar
Doğum tarixi 1 oktyabr 1962(1962-10-01) (61 yaş)
Doğum yeri
Partiya

Təltifləri "Tərəqqi" medalı — 2012

İradə Akif qızı Gülməmmədova (1 oktyabr 1962, Şuşa, Dağlıq Qarabağ) — azərbaycanlı dövlət xadimi, Abşeron rayonunun icra başçısı (2015–2022)

Həyatı

İradə Gülməmmədova 30 sentyabr 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1969–1979-cu illərdə orta təhsil almış, 1979-cu ildən 1985-ci ilə qədər N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya ixtisası üzrə ali təhsil davam etdirmişdir.

İradə Gülməmmədova Yeni Azərbaycan Partiyasının üzvüdür.

İradə Gülməmmədova Yolçu Gülməmmədov ilə ailəlidir, Məhəmməd adında bir oğul və Vüsalə adında bir qız övladı var.

Fəaliyyəti

1986-cı ildə Bakı şəhər 6 saylı uşaq xəstəxanasında pediatr-interna olaraq çalışan İradə Gülməmmədova 1986-cı ildən 1995-ci ilə qədər Balakən rayon xəstəxanasında pediatr-neonotaloq olaraq çalışıb.

1995–2006-cı illərdə Abşeron rayon uşaq poliklinikasının baş həkimi, 2006–2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014–2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun icra başçısı vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 19 yanvar 2022-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun icra başçısı vəzifəsindən azad olunub[1]

Mükafatları

26 dekabr 2012-ci ildə Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[2]

İstinadlar