Zöhrab Məmmədov (dövlət xadimi)

Zöhrab Əsəd oğlu Məmmədov (17 fevral 1941, Qubadlı rayonu24 mart 2021) — Qubadlı (1980–1985) və Abşeron (1985–1990) rayon Partiya Komitəsinin birinci katibi.[1]

Zöhrab Məmmədov
1985 – 1989
ƏvvəlkiQəşəm Aslanov
SonrakıSadıq Murtuzayev
1979 – 1985
ƏvvəlkiMəsudə Rüstəmova
SonrakıŞahsuvar Yəhyayev
Şəxsi məlumatlar
Doğum tarixi 17 fevral 1941(1941-02-17)
Doğum yeri
Vəfat tarixi 24 mart 2021(2021-03-24) (80 yaşında)
Vəfat səbəbi beyin xərçəngi[d]
Partiya
Fəaliyyəti siyasətçi

Siyasi-ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1972–1975-ci illərdə Azərbaycan SSR Tərtər rayonu Partiya Komitəsinin katibi olmuşdur. 1975–1977-ci illərdə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitənin nəznindəki Ali Partiya məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçı vəzifəsində çalışmışdır.

1979–1985-ci illərdə Qubadlı rayon KP birinci katibi vəzifəsində çalışmışdır 1985–1989-cu illərdə Abşeron rayonu KP birinci katibi vəzifəsində çalışmışdır.

1990–1991-ci illərdə Azərnəşrin redaktoru olmuşdur. AR Prezident yanında Ali Nəzarət inspeksiyasının Hacıqabul və Əlibayramlı rayonları üzrə ali nəzarət inspektoru vəzifəsində çalışmışdır. AR Əmlak Komitəsində bir sıra vəzifələrdə çalışmışır.

"Ay-Ata" ASC-nin idarə heyətinin sədri olmuşdur.

24 mart 2021-ci ildə beyin xərçəngindən vəfat etmişdir

  1. "İşıqlı ömrün hekayəti". old.525.az (az.). 525-ci qəzet. 06.05.2011. İstifadə tarixi: 29 mart 2021.