Sadıq Murtuzayev
Sadıq (Sadıx) Nəbi oğlu Murtuzayev (25 iyul 1927, İlisu, Şəki qəzası – 4 fevral 2021) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri, filologiya elmləri namizədi, Şəki, Abşeron və Ağdam Rayon Partiya Komitələrinin birinci katibi.
S. Murtuzayev 1956-cı ildə Zaqatala rayon Partiya Komitəsinin ikinci katibi seçilir. Bir qədər sonra namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik adı alır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov onun bu işini alqışlayır, digər partiya işçilərinə nümunə göstərir. Sadıq müəllim tez-tez respublika mətbuatında aktual mövzularla çıxışlar edir.
1959-cu ildə Zaqatala rayon Partiya Komitəsinin birinci katib seçilən S. Murtuzayev cəmi ilyarım sonra SSRİ Ali Sovetinın deputatı olur və Sov. İKP-nin XXII qurultayına nümayəndə seçilir, Lenin orderinə layiq görülür.
1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, 1963-cü ildən 1990-cı ilin sonunadək Abşeron, Şəki, Ağdam və yenidən Abşeron rayonlarının birinci katibi vəzifələrində çalışır. O, eyni zamanda 30 ilə yaxın Azərbaycan KP MK-nın üzvü, Sov. İKP-nın XXII, XXIII qurultaylarının və XIX Ümumittifaq Partiya Konfransının nümayəndəsi olur. O, 1979-cu ildə Liviyada, 1989-cu ildə Danimarkada Azərbaycan günləri keçirilərkən respublika nümayəndə heyətinə başçılıq edir.
Sadıq Murtuzayev respublikada heyvandarlığın, bağçılığın sənaye əsaslarına keçirilməsinin təşəbbüskarı olub. Dünyada ikinci, SSRİ-də isə birinci olaraq Ağdamda Çörək muzeyinin yaradılması, ilk Muğam məktəbinin, Muğam teatrının təşkil olunması da onun təşəbbüsü ilə reallaşıb. O, beynəlxalq dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə Bolqarıstan Xalq Respublikasının Razpad şəhərinin fəxri vətəndaşı seçilib, Yubiley medalı ilə təltif olunub. O, akademik İmam Mustafayevlə birgə yazdığı "İmam Şamil" kitabına görə Beynəlxalq İmam Şamil Mükafatları Komitəsinin Böyük qızıl medalına layiq görülüb.[1]
Rayon rəhbərlikləri |
---|
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon Sovetinin sədrləri | |
---|
Rayon İcra Hakimiyyəti başçıları | |
---|
Prezidentin xüsusi nümayəndəsi | |
---|
|
---|
Qeyd 1: Ağdam rayonu 1930-cu ildə təsis olunmuşdur. Ağcabədi rayonu 4 yanvar 1963-cü ildə Ağdam rayonuna birləşdirilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. Qeyd 3: Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzidəsi 24 may 2021 tarixində təsis edilsə də, 1 dekabr 2021 tarixində ləğv edilmişdir. |
|
---|
1920-ci ilədək | Şəki Şəhər Dumasının sədrləri | |
---|
| |
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Şəhər Partiya Komitəsi birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Şəhər Sovetinin sədrləri | |
---|
Şəhər İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Şəki rayonu 8 avqust 1930-cu ildə Nuxa rayonu adı ilə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə Nuxa rayonu ləğv edilərək Vartaşen rayonuna birləşdirilmişdir. Həmçinin eyni tarixdə Nuxa şəhəri respublika tabeli şəhərə çevrilmişdir. 6 yanvar 1965-ci ildə mərkəzi Nuxa şəhəri olmaqla yenidən müstəqil Nuxa rayonu təşkil edilmişdir. Qeyd 2: 9 mart 1966-ci ildə Nuxa Şəhər Soveti və Nuxa Rayon Soveti vahid Nuxa Şəhər Soveti adı altında birləşdirilmişdir. Bu tarixdən Nuxa rayonu və Nuxa şəhərinə Nuxa Şəhər Soveti xidmət göstərmişdir. 1991-ci ildən etibarən isə Şəki Şəhər İcra Hakimiyyəti həm Şəki rayonuna, həm də Şəki şəhərinə xidmət göstərir. Qeyd 3: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. 29 noyabr 1991-ci ildə Şəki rayon və Şəki şəhər xalq deputatları sovetləri vahid Şəki Şəhər Xalq Deputatları Soveti adı altında birləşdirilmişdir. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon Sovetinin sədrləri | |
---|
Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Zaqatala rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə Balakən və Qax rayonları ləğv edilərək Zaqatala rayonuna birləşdirilmişdir. 17 iyun 1964-cü ildə Qax rayonu, 6 yanvar 1965-ci ildə isə Balakən rayonu müstəqil rayon olaraq təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|