Qəşəm Aslanov

Qəşəm Novruz oğlu Aslanov (10 aprel 1934, Kəsəmən, Basarkeçər rayonu19 noyabr 1984, Bakı) — Azərbaycanın dövlət xadimi; Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi; SSRİ jurnalisti, SSRİ Jurnalistlər İttifaqının üzvü (1966).

Qəşəm Aslanov
1983 – 1984
ƏvvəlkiTamara Hümbətova
SonrakıZöhrab Məmmədov
1975 – 1983
ƏvvəlkiTamara Hümbətova
Sonrakıİmran Mehdiyev
1972 – 1975
SonrakıƏhəd Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1934(1934-04-10)
Doğum yeri
Vəfat tarixi 19 noyabr 1984(1984-11-19) (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi avtomobil qəzası[d]
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti jurnalist, dövlət xadimi
Uşaqları

Qəşəm Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub.[1]

1949-cu ildə yeddi illik məktəbini bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib.

1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib.

15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi[2], 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb.

1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub.

1966–1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub.

1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970–1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972–1975-ci illərdə Şuşada birinci katib, 1975–1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib.

"Saymazovun salamı", "Qeyrətin nağılları" adlı kitabları çap olunub, "Eloğlu" imzası ilə şeirlər yazıb.

1984-cü ildə avtomobil qəzasında həlak olub. Son mənzili Fəxri Xiyabandır.

Xəzər Aslanovun atasıdır.

  • Qəşəm Aslanov. Saymazovun salamı (Miniatür və hekayələr), redaktoru İsmayıl İsmayılov // "Hayastan", Yerevan, 1968, 104 səh. 7000 nüsxə.
  • Qəşəm Aslanov. Məğlub ölüm (povest, hekayə, miniatür və məqalələr) // Tərtib edəni Qeyrət Qəşəmoğlu, redaktoru və öz sözün müəllifi Almaz Ülvi // Bakı, "Azərbaycan" nəşriyyatı, 1997, 168 səh. 1000 nüsxə.
  • Qəşəm ASLAN. Seçilmiş əsərləri (povest, hekayə, miniatür və məqalələr). Redaktoru və ön söz filologiya elmləri doktoru Almaz Ülvinindir // Bakı, "Nurlan", 2013. 252 səh. 500 nüsxə.

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]
  • Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999.
  • Almaz Ülvi, "Göyçə mahalı Kəsəmən" I kitab. Bakı, "CBS", 2011.
  • Almaz ÜLVİ. Qəşəm Aslan — fitrətən fazil şəxsiyyət, gözəl publisist, düşündürücü yazıçı // "Bütöv Azərbaycan" qəzeti, 1 – 7 may 2013, səh. 1, 2 və 13.
  • Гәшәм Новруз оғлу Асланов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 37.
  1. Ocaqquliyev, Həsən. Yadda qalan xatirələr (PDF) (az.). Bakı: "Elm və təhsil". 2016. 2017-11-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-08.
  2. Ələddin Allahverdiyev. "MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR: QƏŞƏM ASLANOV". karabakhmedia.az (az.). karabakhmedia.az. 2016-10-05. 2016-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.