Şahid Hüseynov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şahid Hüseynov
Şəhid Şahid Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 10 dekabr 1971(1971-12-10)
Doğum yeri
Vəfat tarixi 24 mart 1993(1993-03-24) (21 yaşında)
Vəfat yeri
Vətəndaşlığı

Hüseynov Şahid Güləhməd oğlu (10 dekabr 1971, Qoşaqışlaq24 mart 1993, Qaradağlı, Ağdam rayonu) — şəhid.

Həyatı

10.12.1971-ci ildə Bakı şəhəri Əzizbəyov Rayonu Qışlaq kəndində anadan olub.

1978-ci ildə Bakı şəhəri Əzizbəyov ra yonu 231-nömrəli məktəbə daxil olub, 1986-cı ildə həmin məktəbi bitirib

101-nömrəli Binə peşə məktəbində sürücülük oxuyub, 1989-cu ildə bitirib.

İlk hərbi xidmətə 1989-cu ildə Əzizbəyov rayon Hərbi Komisarlığı tərəfindən Sovet ordusuna çağrılıb. Xidmətinin ilk 6 ayını Gürcüstan Respublikasında, qalan 1 il 6 ayını Azərbaycan Respublikasının Gəncə şəhərində başa vurub. Hərbi xidməti 1991-ci il may ayında bitirib

Şəhid Şahid Hüseynov

1992-ci ilin Sentyabr ayından Daxili Qoşunlara Hərbi qulluqçu kimi daxil olub.

1992-ci ilin Noyabr ayından N-nömrəli Hərbi hissə Kapitanı Nağıyevin batalyonunda Ağdərə, Ağdam, QaradağlıXındırıstan uğrunda gedən döyüşlərdə iştirak edib.

21 mart 1993-cü ildə Qalayçılar yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə yaralanmış, Ağdam rayon Qaradağlı hərbi səhra hospitalına göndərilmişdir. 24 mart 1993-cü ildə həmin hospitalda Şəhidlik zirvəsinə ucalmışdır.

İstinadlar