Əbdürrəhman Fərəcov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əbdürrəhman Fərəcov
Doğum tarixi 1892
Doğum yeri
Vəfat tarixi 1952
Fəaliyyəti aktyor

Əbdürrəhman Mürsəlqulu oğlu Fərəcov (1892, Şuşa1952) — aktyor, "Leyli və Məcnun" operasında Leyli rolunun ilk ifaçısı.[1]

Həyatı

1892-ci ildə Şuşada anadan olmuşdur.

Fəaliyyəti

Bəllidir ki, "Leyli və Məcnun"un ilk tamaşası olduqca uğurlu keçib. Leyli rolunun da ifaçısı çayçı şagirdi Əbdürrəhman Fərəcov olub. Bir dəfə Üzeyir bəy Hacıbəyov çayxanada olarkən təsadüfən bu çayçı şagirdinin xoş zümzüməsini eşidərək səsinə valeh olub. Leyli rolunu yaratmaq üçün qadın tapılmadığından xəyalına məhz Əbdürrəhman Fərəcov gəlib. Həm səsinin məlahətini, həm də boy-buxununun incəliyini nəzərə alıb onu inandırıb ki, Leyli obrazını yarada bilər.

Hüseynqulu Sarabski "Bir aktyorun xatirələri" adlı kitabında yazırdı: "Çox yalvar-yaxardan sonra Əbdürrəhman Fərəcovu Leyli rolunu oynamağa razı sala bildik". Amma Əbdürrəhman Fərəcov ikinci tamaşa zamanı Leyli rolunu oynamaqdan imtina edib.

Məşədi Cəmil Əmirov muğam kursu açır. Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Əli Cavad oğlu, Əbdürrəhman Fərəcov və Musa Şuşinski kimi sənətkarlar bu kursdan faydalanır.

Mənbə

  • Hüseynqulu Sarabski. Bir aktyorun xatirələri. Bakı: Azərnəşr, 1930;
  • Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı: “Şərq-Qərb”, 2007, səh. 74.

İstinadlar

  1. Fərəcov Əbdürrəhman // Üzeyir Hacıbəyov Ensiklopediyası (PDF). Bakı: “Şərq-Qərb”. 2007. 74. ISBN 978-9952-34-075-4. 2024-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-20.

Həmçinin bax