Əzgilli (Göygöl)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əzgilli
40°24′32″ şm. e. 46°17′04″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Əzgilli xəritədə
Əzgilli
Əzgilli

ƏzgiliAzərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Toponimikası

  • Göygöl r-nunun Toğanalı i.ə.v.-də kənd. Kürəkçayın sahilində, Murovdağ silsiləsinin yamacındadır;
  • Zaqatala r-nunun Əli Bayramlı i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli məlumata görə, oykonimlər bu kəndlərin ərazisində əzgil ağacının çox olması ilə bağlı yaranmışdır. Tədqiqatçılar belə güman edirlər ki, toponim erkən orta əsrlərdə qədim bulqar tayfa birliyinə daxil olan türkdilli eskil/eşkil tayfasının adı ilə bağlıdır.[1]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 55 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatıəkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Təhsil

20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.[3]

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  3. "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. (e-qanun.az)". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Xarici keçidlər

Həmçinin bax