ARB TV

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
ARB
Loqonun şəkli
19 sentyabr 2016-cı il tarixindən bu günə kimi istifadə edilən emblem
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 peykinin əhatə dairəsi
Dil Azərbaycan dili
Baş qərargah Abbas Mirzə Şərifzadə 2e, Bakı, Azərbaycan
Yaranma tarixi mart 2014 (test yayımı)
10 may 2014 (07:30 əsas yayım)
Keçmiş adları Region TV (10 may 2014 - 19 sentyabr 2016)
Şüar Vətən buradan başlayır! (10 may 2014 – 18 sentyabr 2016)
Gəlin ARB-yə baxaq (19 sentyabr 2016 – 2 sentyabr 2018)
Bax ki baxasan (18 sentyabr 2017 – 2 sentyabr 2018)
Fərqimizdəyik! (3 sentyabr 2018 – 24 sentyabr 2023)
Fərqli sürət (16 sentyabr 2019 – 20 sentyabr 2020)
#Yenidənbaşla (21 sentyabr 2020 – 3 oktyabr 2021)
#Zəfərmövsümü (4 oktyabr 2021 – 2 oktyabr 2022)
#Fərqlizirvə (3 oktyabr 2022 – 24 sentyabr 2023)
Fərqini göstər (25 sentyabr 2023 – h.h.)
Qardaş kanallar Kəpəz TV
ARB Şimal
ARB Cənub
Kanal-S
EL TV
ARB 24
Kəpəz FM
ARB Günəş
Sayt arbtv.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azerbaijan Republic Broadcaster və ya qısaca ARB — 10 may 2014-cü il tarixində Bakı şəhərində yayıma başlayan 10-cu ümumrespublika televiziya kanalı.[1]

Tarixçə

14 mart 2014-cü il tarixində "ARB" televiziya şirkəti Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən Azərbaycan üzrə yayım hüququ əldə edib. Beləliklə də, ölkə üzrə yayımlanan ümumrespublika televiziya kanallarının sayı 10-a çatıb.

"ARB" televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), ARB Şimal (Xaçmaz), ARB Cənub (Lənkəran), EL TV (Yevlax), Kanal-S (Şəki) və ARB 24-ün (Bakı) birgə yaratdığı Azərbaycanda ilk televiziya şəbəkəsidir.

"ARB" BakıAbşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanır. Bölgələrdə isə yayım regional telekanalların — ARB Kəpəz, ARB Şimal, ARB Cənub, ARB AranARB Şəki-nin siqnalları vasitəsilə həyata keçirilir. Açıq yayımla yanaşı ARB, Azərbaycanın ilk peyki olan Azerspace 1-in Avropa seqmentində, kabel televiziyası və internet şəbəkəsi vasitəsilə də yayımlanır.

"ARB"-nin yayım və proqram mərkəzi Kəpəz TV-in bazasında yaradılıb və Gəncə şəhərində yerləşir. Mərkəzi xəbər aparatı Azərbaycanın xəbər kanalı — ARB 24-ün əsasında yaradılıb. "ARB"-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanır. "ARB"-nin əsas istiqaməti ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatının işıqlandırılması, habelə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırmaqdır. Telekanalın əsas proriteti MTRŞ-nın elan etdiyi müvafiq tenderin şərtlərində də olduğu kimi ölkənin regionları ilə bağlı daha dolğun məlumatların çatdırılmasıdır.

Test yayımı müddətində mərkəzi Gəncə şəhərində olan musiqili kanal ARB Ulduz-u yayımlamışdı. 18 aprel 2014-cü il tarixindən etibarən Ailə TV kabel televiziyasından da yayımlanır.

4 may 2014-cü il tarixində isə "ATV Plus" kabel televiziyasının sosial paketinə əlavə edilərək pulsuz yayıma keçmişdir. Daha sonra isə "Azerspace-1" peykində şifrəsiz yayıma keçmişdir.

14 sentyabr 2015-ci il tarixində isə tamamilə 16:9 formatlı təsvir yayımına keçmişdir.

19 sentyabr 2016-cı il tarixində "Region TV" olan telekanalın adı dəyişdirələrək "ARB" olmuşdur.[2]

1 mart 2021-ci il tarixində "Azerspace-1" peykində HD yayım formatına keçib.

5 aprel 2021-ci il tarixində BakıAbşeronda 31-ci yerüstü kanalda həm də HD formatda yayıma başladı.

Bağlanması

21 aprel 2020-ci ildə Milli Televiziya və Radio Şurasının qərarı ilə 6 saat müddətində yayımını dayandırıb. Məlumata görə, kanal saat 10:00-dan etibarən tamaşaçılarla müvəqqəti olaraq vidalaşıb. Telekanal saat 16:00-da fəaliyyətini bərpa edib.

Xatırladaq ki, kanalın yayımının dayandırılmasına səbəb 18 aprel tarixində "Elgizlə izlə" proqramına telefonla qoşulan Xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadələrə yol verməsi olub.

9 may 2020-ci ildə "Bakıda küləklər əsir" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 13 may 2020-ci il tarixli 7/3 nömrəli qərarı ilə ARB-nin yayımı 18 may 2020-ci ildə saat 16:00-dən 17:00-dək 1 saatlıq dayandırılıb. Telekanal saat 17:00-da fəaliyyətini bərpa edib.

8 avqust 2020-ci ildə saat 09:00–10:00 arası müddətdə 16 dəqiqə 20 saniyə reklam yayınlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulmuşdur. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 14 avqust 2020-ci il tarixli 11/1 nömrəli qərarı ilə ARB-nin yayımı 17 avqust 2020-ci ildə saat 08:00-dən 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.

3 may 2022-ci ildə saat 13:35–15:30 arası yayımlanan "Elgizlə izlə" proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verildiyinə görə "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.15-ci maddəsinin tələbləri pozulmuşdur. "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 41.1.1-ci və 41.5-ci maddələrinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurasının 5 may 2022-ci il tarixli 5/1 nömrəli qərarı ilə ARB-nin yayımı 8 may 2022-ci ildə saat 09:00-dən 12:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 12:00-da fəaliyyətini bərpa edib.

İstinadlar

  1. Sevinc Yasinqızı. ""Ən böyük uğurumuz efirə başlamağımızdır"" (az.). mediaforum.az. 2014-06-10 - 17:29:00. 2014-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-11.
  2. TTV. "Azərbaycanın ən geniş televiziya şəbəkəsi brendini yenilədi" (az.). Youtube.com. 19.09.2016. İstifadə tarixi: 2016-09-22.

Xarici keçidlər