Alaciki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Alaciki Tiflis quberniyasının Tioneti qəzasında kənd adı.

Toponimkası

Alacik- Tiflis quberniyasının Tioneti qəzasında kənd adı. XIX əsrin ortalarında Gürcüstanda rusca yazılışında "Çixeki" kənd icması vardı və bu icmaya Atan, Haqnəzər, Çik, Loru, Seyidbağlı və b. kəndlər daxil idi. Bu kəndlərin əhalisi XIX əsrin birinci yarısında gəlmə ermənilər idi. Qazax qəzasında (indi Ermənistanın İcevan rayonunda) da bu adda kənd vardı. 1988-ci ildə kəndin əhalisi Azərbaycana deportasiya edilmişdir. Əsli El-i Cik, yəni "Cik eli (tayfası)". Yeniseyİrtış sahillərində yaşamış qədim türkmənşəli Cik tayfası VI–VIII əsrlərdə Türk xaqanlığına daxil idi. VIII əsrdə ciklər İrtış boyunda kaymak-qıpçaqlara qarışmış və görünür, onların tərkibində Cənub şərqi Avropaya, oradan Cənubi Qafqaza gəlmişlər. Çik tayfa birləşməsi hazırda Tuva ərazisində yaşayır.[1]

Həmçinin bax

Tiflis quberniyası

Xarici keçid

lib.az

İstinad

  1. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı, "Nurlan" 2008