Alaciki Tiflis quberniyasının Tioneti qəzasında kənd adı.
Alacik- Tiflis quberniyasının Tioneti qəzasında kənd adı. XIX əsrin ortalarında Gürcüstanda rusca yazılışında "Çixeki" kənd icması vardı və bu icmaya Atan, Haqnəzər, Çik, Loru, Seyidbağlı və b. kəndlər daxil idi. Bu kəndlərin əhalisi XIX əsrin birinci yarısında gəlmə ermənilər idi. Qazax qəzasında (indi Ermənistanın İcevan rayonunda) da bu adda kənd vardı. 1988-ci ildə kəndin əhalisi Azərbaycana deportasiya edilmişdir. Əsli El-i Cik, yəni "Cik eli (tayfası)". Yenisey və İrtış sahillərində yaşamış qədim türkmənşəli Cik tayfası VI–VIII əsrlərdə Türk xaqanlığına daxil idi. VIII əsrdə ciklər İrtış boyunda kaymak-qıpçaqlara qarışmış və görünür, onların tərkibində Cənub şərqi Avropaya, oradan Cənubi Qafqaza gəlmişlər. Çik tayfa birləşməsi hazırda Tuva ərazisində yaşayır.[1]