Aleks Manukyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aleks Manukyan
Doğum tarixi 28 iyun 1901(1901-06-28)
Doğum yeri
Vəfat tarixi 10 iyul 1996(1996-07-10) (95 yaşında)
Vəfat yeri
Fəaliyyəti ictimai xadim, təşəbbüskar, ixtiraçı, mühəndis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleks (Alek) Manukyan (ing. Alex Manoogian, erm. Ալեք Մանուկյան; 28 iyun 1901, Smirna, Aydın vilayəti[1]10 iyul 1996, Detroyt, Miçiqan) — ABŞ sahibkarı, texnoloqu və xeyriyyəçisi. O, Erməni Ümumi Xeyriyyə İttifaqının prezidenti olmuşdur. Manukyan erməni xalqı üçün fəal xeyriyyəçilik fəaliyyəti ilə tanınır. 1994-cü ildəErmənistanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Həyatı

Aleks (Alek) Manukyan 28 iyun 1901-ci ildə Osmanlı imperiyasının İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini yerli erməni məktəblərində almışdır. Manukyan 19 yaşında ABŞ-yə mühacirət etmişdir. O, ilk növbədə Bricport şəhərinə gəlmiş, burada fabrikdə çalışmış və eyni zamanda böyüklər üçün axşam kurslarında erməni dili dərsləri keçmişdir. Manukyan daha sonra şəhərdən şəhərə köçərək 1924-cü ildə Detroitdə məskunlaşmışdır. Orada avtomobil hissələri fabrikində iş tapmış və 1929-cu ildə öz şirkətini qurmuşdur. Bu, sonradan illik mənfəəti 3 milyard dollardan çox olan çoxmillətli "Masco Corporation"a çevrilmişdir.

Manukyan ABŞ-də erməni təhsilinin yaradılmasına xüsusi diqqət yetirmi.dir. 1963-cü ildə Miçiqanda özəl məktəb açmışdır.[2] O, 1968-ci ildə erməni diasporundaErmənistan SSR-də proqramları dəstəkləmək üçün Aleks Manukyan Mədəniyyət Fondunu təsis etmişdir.[3]

Mükafatlar

  • Ermənistanın Milli Qəhrəmanı (14 oktyabr 1994-cü il) — "dövlət əhəmiyyətli müstəsna xidmətlərinə, xalqın rifahı naminə uzun illər səmərəli fəaliyyətinə görə".
  • Ellis Adası Şərəf Medalı.

İrsi

  • 2006-cı ildə Aleks Manukyana həsr olunmuş Ermənistanın poçt markası buraxılmışdır.
  • İrəvanda bir küçə onun adını daşıyır.

İstinadlar

  1. 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. Мкртчян Т. Г. Армянская диаспора в США (1960-е — 1990-е гг.). Диссертация на соискание ученой степени кандидата исторических наук. — Тамбов, 2015. — С. 120. Режим доступа: "アーカイブされたコピー". 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-30.
  3. Мкртчян Т. Г. Армянская диаспора в США (1960-е — 1990-е гг.). Диссертация на соискание ученой степени кандидата исторических наук. — Тамбов, 2015. — С. 119. Режим доступа: "アーカイブされたコピー". 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-30.

Xarici keçidlər