Ermənistanın Milli Qəhrəmanı (erm. Հայաստանի ազգային հերոս) — Ermənistanın yüksək titulu. Titul haqqında qanun 1994-cü il aprelin 22-də prezident Levon Ter-Petrosyan tərəfindən imzalanıb.[1] Mükafat Ermənistanın müdafiəsində, dövlət aparatının möhkəmləndirilməsində, milli dəyərlərin qorunub saxlanmasında və təbliğində müstəsna xidmətlər göstərənlərə verilir. Titul ilə yanaşı, onu alanlar Vətən ordeni alırlar.[2] O, Ermənistan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Sovet İttifaqı Qəhrəmanı mükafatının erməni varisi kimi yaradılmışdır.
Ermənistanın Milli Qəhrəmanı | |
---|---|
|
|
Ölkə | |
Tip | fəxri ad |
Kimə verilir | Ermənistanın müdafiəsində, dövlət aparatının möhkəmləndirilməsində, milli dəyərlərin qorunub saxlanmasında və təbliğində müstəsna xidmətlərinə görə |
Təltif edir | Ermənistan Prezidenti |
Statistika | |
Təsis tarixi | 22 aprel 1994 |
Son təltif |
|
Təltif sayı | 27 nəfər |
Ardıcıllıq | |
Aşağı mükafat | "Şöhrət" ordeni (Ermənistan) |
Vikianbarda əlaqəli mediafayllar |
Bu titulun ilk sahibi 28 iyul 1994-cü ildə erməni kilsəsinin rəhbəri katolikos I Vazgen olmuşdur.
"Ermənistanın Milli Qəhrəmanı" adına layiq görülən şəxslərin cədvəli belədir:[3][4]
Tarix | Layiq görülən | Fəaliyyəti |
---|---|---|
28 iyul 1994 | I Vazgen | Bütün ermənilərin katolikosu |
11 oktyabr 1994 | Viktor Ambartzumyan | alim |
14 oktyabr 1994 | Aleks Manukyan | iş adamı, xeyriyyəçi |
20 sentyabr 1996 | Movses Qorqisyan | fəal, siyasətçi |
20 sentyabr 1996 | Qeqaznik Mikaelyan | hərbi komandir |
20 sentyabr 1996 | Monte Melkonyan | hərbi komandir |
20 sentyabr 1996 | Tatul Krpeyan | hərbi komandir |
20 sentyabr 1996 | Vitya Ayvazyan | fəal, siyasətçi |
20 sentyabr 1996 | Jivan Abramyan | hərbi komandir |
20 sentyabr 1996 | Yura Poqosyan | hərbi komandir |
27 dekabr 1999 | Karen Dəmirçyan | siyasətçi |
27 dekabr 1999 | Vazgen Sarkisyan | siyasətçi |
27 may 2004 | Kirk Kerkoryan | iş adamı, xeyriyyəçi |
27 may 2004 | Şarl Aznavur | müğənni, xeyriyyəçi |
5 dekabr 2008 | Nikolay Rıjkov | siyasətçi |
9 oktyabr 2017 | Eduardo Ernekyan | iş adamı, xeyriyyəçi |
30 dekabr 2017 | Ohannes Çekidciyan | iş adamı, xeyriyyəçi |
18 avqust 2020 | Ruben Sənəmyan | hərbi komandir |
27 avqust 2020 | Qrayr Hovakimyan | kardio-cərrah |
15 oktyabr 2020 | Vaaqn Asatryan | hərbi komandir |
22 oktyabr 2020 | Tiran Xaçatryan | hərbi komandir |
22 oktyabr 2020 | Andranik Piloyan | hərbi komandir |
27 yanvar 2021 | Tatul Xazaryan | hərbi komandir |
27 yanvar 2021 | Qraçiya Andreasyan | hərbi komandir |
27 yanvar 2021 | Qurgen Dalibaltayan | hərbi komandir |
8 may 2021 | Arkadi Ter-Tadevosyan | hərbi komandir |