Almanlaşdırma

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Almanlaşdırma və ya germanizasiya — təbii və ya məcburi assimilyasiya nəticəsində alman dilininmədəniyyətinin digər xalqlar arasında yayılmasına verilən ümumi ad. Həmçinin, bu termin latın qrafikasından istifadə etməyən dillərdən götürülmüş xarici sözlərin alman dilinə uyğunlaşdırılmasına aid edilir.

Almanlaşdırmanın növləri

Alman dilinin və mədəniyyət elementlərinin tarixən müxtəlif formaları və yayılma dərəcələri mövcuddur. Son antik dövrdən orta Reyn, Yuxarı Dunay və Alp dağlarının Roma əhalisi tədricən almanlaşmaya məruz qalmışdır.[1] Eklektik qəbuldan əlavə, XI əsrdə Bamberq yeparxiyasında yaşayan bütpərəst slavyanlarla baş verdiyi kimi, alman mədəniyyətində tamamilə "məhv edilmə" nümunələri var.[2] Almaniya imperiyasının qanunvericiliyinə uyğun olaraq təşkil edilən Yaponiya imperiyasının və müasir Yaponiyanın qanunvericiliyində alman mədəniyyətinin eklektik qəbul edilməsinə nümunələr mövcuddur.[3] Almanlaşdırma mədəni əlaqə olub, siyasi qərarla (məsələn, Yaponiya nümunəsi) və ya zorla (xüsusilə imperiyaNasist Almaniyası nümunələrində) yeridilirdi.

İndiki vəziyyət

Müasir Almaniyada danimarkalılar, frizlərlujiçan slavyanlar ənənəvi milli azlıqlar kimi təsnif edilir və onlara mədəni muxtariyyət zəmanət kimi verilir. 1955-ci ildə Danimarka və Almaniya arasında Danimarkadakı alman, həmçinin Almaniyadakı danimarkalı azlıqların statusunu vtənzimləyən müqavilə imzalanmışdır. Şlezviq-Holşteyndə frizlərin dilinin qorunması haqqında qanun qəbul edilmişdir.[4] Lujiçanların mədəni muxtariyyəti SaksoniyaBrandenburq konstitusiyalarına daxil edilmişdir.

İstinadlar

  1. Manuel des langues romanes - Google Books
  2. "Бодричи". 2008-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-03.
  3. "Япония". 2008-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-03.
  4. "Friesisch-Gesetz — Wikisource". 2009-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-03.

Xarici keçidlər