Arta Dade

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Arta Dade
Doğum tarixi (71 yaş)
Doğum yeri Tirana, Albaniya
Vətəndaşlığı Albaniya Albaniya
Təhsili
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d], tərcüməçi
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arta Dade (alb. Arta Dade; 15 mart 1953, Tirana) — Albaniya pedaqoqu və siyasətçisi. Dade Albaniyanın Sosializm partiyasının üzvüdür.[1] Dade mədəniyyət (1997 — 1998) naziri, xarici işlər naziri (2001 — 2002) vəzifələrində çalışmışdır.

Bioqrafiyası

Arta Dade 15 mart 1953-cü ildə Tiranada anadan olmuşdur. Məktəbi bitirdikdən sonra 1972-ci ildən 1975-ci ilə qədər Tirana Universitetində xarici dillər fakultəsinin ingilis dili bölməsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Dade Tiranada yerləşən Asim Vokshi adına orta məktəbdə ingilis dili müəllimi kimi işləmişdir. 1985-ci ildə o, Tirana Universitetində fəaliyyətə başlamış, 1997-ci ilə qədər xarici dillər fakultəsinin ingilis dili bölməsində dərs deyimişdir.[2] 1992-ci ildə Dade Böyük Britaniyada aspirantura təhsilini bitirmişdir.

1991-ci ildə Albaniya Sosializm partiyasına üzv seçilmişdir. Bir il sonra partiya şurasına seçilmişdir. 1997-ci il hadisələri zamanı bu partiyada mühüm rol oynamışdır.[3] 1998-ci ildə beynəlxalq münasibətlər (bir neçə dəfə bu vəzifəyə yenidən seçilmişdir) üzrə Sosializm partiyasının katibi olmuşdur.

1997-də ilk dəfə Xalq məclisinin (Fieri ərazisi üzrə namizəd olmuşdur) üzvü mandatını almışdır. 2001 və 2005-ci ildə Xalq məclisinə yenidən seçilmişdir. Beləliklə Dade 2009-cu ilə qədər parlamentdə qalmışdır.

1997–1998-ci ildə mədəniyyət, gənclər və idman naziri vəzifəsində çalışmışdır. 2001–2002-ci ildə — xarici işlər naziri və baş nazir müavini vəzifələrində çalışmışdır. O, həmçinin Avropa Şurası Parlament Assambleyasında Albaniyanın nümayəndə heyətinin sədr müavini idi.

2013-cü ildən — xarici siyasət üzrə Albaniya komitəsinin sədridir.[4][5] 2016-cı ildən — ATƏT-in Parlament Assambleyasında Moldova qrupunun sədridir.[6]

Siyasi və ictimai-iqtisadi mövzular üzrə bir sıra məqalələrin müəllifidir.[2]

Evlidir, iki uşağı var.

İstinadlar

  1. "PACE Member File". Assembly.coe.int. 2017-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
  2. 1 2 Arta Dade Arxivləşdirilib 2017-04-06 at the Wayback Machine // Partisë Socialiste të Shqipërisë
  3. "Historical Dictionary of Albania". 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  4. "Albanian Parlament - Chairwoman of Foreign Policy Committee, Mrs. Arta Dade receives the Minister for Dialogue of the Republic of Kosovo, Mrs. Edita Tahiri and the delegation accompanying her". Parlament.al. 2016-11-14. 2020-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
  5. "Arxivlənmiş surət". 2016-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  6. "Эмиссар ОБСЕ — в парламенте". 2017-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.

Ədəbiyyat

  • Alan Day: A political and economic dictionary of Eastern Europe. Routledge: 2002, s. 163. ISBN 9781857430639.
  • Robert Elsie: Historical Dictionary of Albania. Scarecrow Press: 2010, s. 96-97. ISBN 9780810861886.

Xarici keçidlər