Azərbaycan duz ayini

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Azərbaycan duz ayini — Azərbaycanın bir çox yerində yayılmış adət. Uşağın doğumundan on gün sonra duzlu su ilə yuyulmasıdır.

İcrası

Doğumunun onuncu günündə uşaq yuyulur. Bu vaxt suya duz da tökərlər. Bunu, uşağın qorxmaması, tərləməməsi, güclü-qüvvətli olması üçün edərlər. Başqa bir inanca görə isə uşağı zəhərli həşəratlar dişləməsin, bədənində yara olmasın, xəstələnməsin deyə belə edərlər. Azərbaycanda duz ayinin yayılmasının simvolik mənası budur: uşaq gələcəkdə düz danışan, sözü bütöv, mərt, ölçülü hərəkət etməyi bilən biri olsun. Böyük ehtimalla bu təsəvvürün nəticəsidir ki, bir adam namərd çıxdığı, yalançı olduğu, arsızlıq etdiyi, hərəkətlərinə diqqət etmədiyi zaman xalq arasında "ona şit-şit danışırsa", "şitlik eləmə", "şit olma", "filankəs duzsuzdur, duzu yoxdur", "duzsuz doğulmuş" ifadələri ilə azarlayarlar.

Ədəbiyyatda

"Koroğlu" dastanında Qacar Əli namərdlik edib Koroğlunu aradan vuranda Koroğlu belə deyir: "Qacar Alı, günah səndə deyil, səni tutan əbədədir. O mürtəd qızı səni tutduğunda duz sərpməyib. Duzsuz insansa her zaman sənin gibi namərd olur."

İstinadlar

  • Najafov, A. (2019). Azerbaycan halk inanışları. (Yayınlanmamış Yüksek Lisans Tezi). Necmettin Erbakan Üniversitesi, Sosyal Bilimler Enstitüsü Felsefe ve Din Bilimleri Anabilim Dalı, Konya.