Bənəniyar

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bənəniyar
39°08′47″ şm. e. 45°39′05″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Bənəniyar xəritədə
Bənəniyar
Bənəniyar

BənəniyarAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənəniyar kəndi Əbrəqunus kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Bənəniyar kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Toponimiyası

Əlincə çayının (Arazın qolu) sağ sahilində, Zəngəzur silsiləsinin yamacındadır. Bəzi ədəbiyyatlarda Bənəniyar, Bənənigar kimi qeydə alınmışdır. Oykonim bənən (bələn) və yar (yarğan, dərə) komponentlərindən ibarət olub, "dağ boynunda yarğan, dağ aşırımında çuxur yer" mənalarını bildirir. Kəndin coğrafi mövqeyi oykonimin ifadə etdiyi mənaya uyğundur.[2]

İqtisadiyyatı

Bənəniyar rayonun ən iri yaşayış məntəqələrindən biridir. Kənd təsərrüfatı işləri əhalinin əsas məşğuliyyətlərindən biridir.

Burada Muxtar Respublikanın ən iri su anbarlarından biri, Bənəniyar su anbarı (17 mln. m³), yerləşir.

Əhalisi

Əhalisi 3385 nəfərdir.[3]

Tanınmışları

İstinadlar

  1. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.