Bərdik dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bərdik dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1060,5 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

Bərdik dağıCulfa rayonu ərazisində dağ (hünd. 2053,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun Göydağ zirvəsindən ayrılan cənub-qərb istiqamətli Qılıncyurd şaxəsinin qurtaracağında, Əlincəçayın  sol sahilində, Xanəgah kəndindən 1,8 km şimal-şərqdə zirvə. Şimal-şərq istiqamətli ƏlincəçayXanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və   Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan dioritkvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi dairəvi sıldırım yamaclı massivin ən yüksək nöqtəsidir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş  seqmentində, eyniadlı əyilmənin şimal-şərq qanadında müşahidə edilən Tivi-Yarpaqlı antiklinalının maqmatık kütlə ilə yarılmış şimal-qərb periklinal hissəsində yerləşir.  Cənub-qərb yamacında şimal-qərb istiqamətli fay qırılması izlənilir. [1]

Həmçinin bax:

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.