Qoşundaş dağı

Qoşundaş dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında zirvə. Bist kəndindən 1 km şimal-şərqdə yerləşir (hünd. 1842,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən (3829,2 m) şimal-qərbə ayrılan Ağdağ qolunun cənub-qərb istiqamətli Ələngəzdağ şaxəsinin cənub-qərb qurtaracağında, Gilançayla Nəsirvazçayın suayırıcısında zirvə. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahına aid Çaxmaqlıdağ sinklinalının cənub-şərq sentriklinal hissəsində yerləşir. Şimal və cənub yamaclarında Gec Eosenin şərqə istiqamətlənmiş qranodiorit-porfir daykaları açılır.[1]

Qoşundaş dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1842 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.