Dəmirlidağ – Culfa rayonu ərazisində dağ (hünd. 3368,2 m). Zəngəzur silsiləsinin suayırıcısında, Əlincəçayın Dəmirlisu qolunun mənbə hissəsində zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin andezitli porfirit lava-brekçiyalarından təşkil olunmuş cənub-qərb yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Cənub-qərb yamacında andezitli porfirit tərkibli iki subvulkanik kütlə açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Kolanısu antiklinalının şimal qanadında yerləşir. Yamaclarında şimal-şərq və şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları, həmçinin dioritli porfirit daykaları izlənilir.[1]
Dəmirlidağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3368,2 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |