Cersi funtu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cersi funtu
Kod və simvol
Simvol JE£
Dövriyyə ərazisi
Emitent ölkə
Tarixi
Dövriyyəyə buraxılma 1837
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
5 Cersi funtu
5 Cersi funtu (arxa tərəfi)

Cersi funtu (ing. Jersey pound, fr. Livre de Jersey) — Cersinin pul vahidi. 2010-cu ildən əskinazlarda yazılar ingilis (funtlarda) və fransız dillərində (livrdə) göstərilir.

Cersi funtu funt sterlinqə 1:1 nisbəti ilə bağlıdır. Adada Cersi vayutası ilə yanaçı, Böyük Britaniya funtu və Böyük Britaniyananın regional valyutaları da qəbul edilir. Böyük Britaniyanın digər ərazilərində cersi funtu ödəniş vasitəsi kimi hesab edilməsə də ödənişə qəbul edilir. Bu valyuta üçün ISO 4217 standartı ayrıca kod nəzərdə ututmasa da lazım gəldikdə JEP abbveraturasından istifadə edilir.

Əskinaz və sikkələr

Dövriyyədə 1/2 (1981-ci ildə ləöv edilib), 1, 2 pens (1971-ci ildən), 5, 10 pens (1968-ci ildən), 20 pens (1982-ci ildən), 50 pens (1969-cu ildən), 1 funt (1982-ci ildən), 2 funt (1998-ci ildən) sikkələr var. Axırıncı ikisi nadir tapılı.

1/13 şillinq sikkəsi 1851, Cersi, Kraliça Viktoriya.

1831-ci ilədəkadanın bütün kilsələri öz əskinazını buraxa bilərdi. 1831-ci ildən 1 və 5 yerli funtlar buraxılmağa başlandı. İkinci dünya müharibəsində Almaniya tərəfindən işğal edildikdən sonra yeni əskinazlar buraxıldı. 1963-cü ildə ilk dəfə seriyalı əskinazlar buraxıldı. Bütün əskinazların üz tərəfində kraliça II Elizabetin portreti verilib. Əskinazlrda qoruma nişanı kimi cersi inəyi verilir.

Əskinazların arxa tərəfindəki təsvirlər

  • 1 funt (yaşıl, 1963, dövriyyədən çıxmaqdadır) — Sent-Helierdəki kilsə
  • 5 funt (parıltılı, 1963) — Lya-Korberdəki mayak
  • 10 funt (qərməzə, 1972) — "Mayor Prestonun ölümü" rəsm əsəri
  • 20 funt (göy, 1976) — Sent-Ouens qəsri
  • 50 funt (şabalıdı, 1989) — Hökumət evi

1 funtluq xatirə əskinazları da buraxılıb.

1 iyun 2012-ci ildə II Elizabetin brilyant yubileyinə həsr edilmiş xüsusi. yubiley əskinazı buraxıldı. Əskinaz məhdud sayda kraliçanın hakimiyyətinin tarixi dövrlərini əks etdirən xüsusi folderdə buraxılıb. Əsas rəngləri:bənövşəyi, narıncı və mavidir[1].

Mənbə

İstinadlar

  1. "£100 Diamond Jubilee commemorative note". 2012-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-28.