Dilaltı vəzi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dilaltı vəzi
Ağız suyu vəziləri: dilaltı vəzi, çənəaltı vəzi, qulaqaltı vəzi
Ağız suyu vəziləri: dilaltı vəzi, çənəaltı vəzi, qulaqaltı vəzi
Latınca Glandula sublingualis
Qrey subyekt 242 1136
Arteriya Dil arteriyası şaxəsi:dilaltı arteriya, xarici yuxu arteriyası
Sinir Çənəaltı qanqlion
MeSH Sublingual+Gland
Dorlands/Elsevier 12392700

Dilaltı vəzi lat. Glandula sublingualis — ağız boşluğu dibinin selikli qişasının altında lat. m. mylohyoideus üzərində yerləşmişdir. Uzunsov olub, uzunluğu 3-4 sm, eni və qalınlığı 1 sm və çəkisi 5q-dır. vəzin bir neçə axacağı vardır, bunlardan bəzisi — lat. ductus sublingualis minores ayrıca olaraq dilaltı büküşdə və bəzisi bir-birilə birləşərək — lat. ductus sublingualis major (Bartolini — BNA) adı ilə dilaltı ətciyi üzərində lat. ductus submandibularis ilə birlikdə xüsusi ağız boşluğuna açılır. Vəzifəsi şəffaf qələvi reaksiyalı, xüsusi çəkisi 1,006-1,008, tərkibində ptialin və salivin fermentlər olan ağız suyu lat. saliva ifraz etməkdir.

İstinadlar