Erzyan dili
Erzyan dili | |
---|---|
Orijinal adı | эрзянь кель |
Ölkə | Rusiya |
Regionlar | Mordoviya, Tatarıstan, Çuvaşıstan, Başqırdıstan, Penza vilayəti, Nijeqorod vilayəti, Ulyanovsk vilayəti, Orenburq vilayəti, Saratov vilayəti. |
Rəsmi status | Mordoviya |
Tənzimləyən təşkilat | 96 860 nəf, o cümlədən Rusiyada 57 000 nəfər. [1] (2010-cu il siyahıya alınmaya qədər) |
Danışanların ümumi sayı | |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | kiril əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | erz 835 |
ISO 639-1 | — |
ISO 639-2 | myv |
ISO 639-3 | erz |
Dilin strukturlarının dünya atlası | moe |
Atlas of the World’s Languages in Danger | 350 |
Ethnologue | myv |
Linguasphere | 41-AAD-aa |
ELCat | 3207 |
IETF | myv |
Glottolog | erzy1239 |
Vikianbarda əlaqəli mediafayllar |
Erzyan dili (э́рзянь кель) — fin-uqor dil ailəsi fin-voljsk dil qrupuna daxil olan mordov dillərindən biri, erzyanların dili. Mokşan, rus dili ilə yanaşı Mordoviyanın üç dövlət dilindən biri.
Sayı
Siyahıyaalma zamanı Mordoviya sakinləri ana dili kimi mordov dilini göstərərək onu mokşan və erzyan dillərinə bölmürlər. Ona görə də təxmini olaraq erzyanların sayının 517 575 nəfər, o cümlədən Rusiyada 440 000 nəfər olduğunu güman edirlər.[2]
Rusiya Statistika Komitəsinin məlumatına görə [3] özünü mordva kimi 843,35 min nəfər adlandırırlar (o cümlədən mokşa — 49,6 min nəfər, erzyan — 84,4 min nəfər ). Erzyan dili yox olma həddində olan dillərin siyahısında [4] və ya yox olma həddinə yaxın siyahılarda qeyd edilir[5].
Bu dildə danışanların yayıldığı ərazi
Təxminən 28 % erzyanlar Mordoviya Respublikası ərazisində, digəriləri isə keçmiş SSRİ ərazisində yaşayırlar.
İki dillilik
Erzyan dilini bilənlərin böyük mütləqiyyəti iki dillidirlər. İki dillilərin ümumi sayı 696 369 nəfərdir. Onlardan — 306 109 nəfəri kişi, 389 982 nəfəri isə qadındır. Erzyan dildə danışanların 69 % erzyan dilini öz ana dili, 30,8 % isə rus dilini ana dili hesab edir.
Funsional statusu
Erzyan dili Mordoviya Respublikasının rəsmi dilidir.
- Mediada istifadəsi:
- radio yayım: Sarans şəhərindəki radiostansiya Mordoviyanın Milli stansiyasıdır. Efirdə yayımlanan verilişlərin 14,3 % эmoşkan və erzyan dillərində yayımlanır.
- telekanallar: Rusiyanın iki kanalı gündə iki saat, həftədə dörd gün olmaqla efir vaxtının 7 %-ni erzyan dilində yayımlayır;
- qəzetlər: «Erzyan pravda» Mordoviya Respublikası və Moldova Respublikasının Dövlət Məclisinin rəsmi mətbu orqanıdır; «Erzyan Mastor» — Erzyan dilinin Xilası Fondu tərəfindən təsis edilib; Ulyanovsk vilayətində aylıq qəzet olan «Yalqat» («Dostlar») buraxılır, erzyan dilində olan materiallar dərc olunan qəzetin təsisçisi Ulyanovsk vilayətinin hökumətidir;
- jurnal: «Syatko» («Qığılcım») — Mordoviya Respublikası hökuməti tərəfindən nəşr olunan ədəbi və siyasi jurnal; həmcinin Saranskda uşaqlar və gənclər üçün aylıq illüstrasiyalı «Çilisema» («Qürub») jurnalı dərc etdilir.
- Dilin Regional Hökumətlərdə istifadəsi:
- yalnız qanunların mətnlərində, özüdə məhdud şəkildə.
Mənbə
- Языки народов России в интернете: http://www.belti.ru/peoples/erzja.html
- Финно-угорская библиотека. Тексты на эрзянском языке Arxivləşdirilib 2005-10-18 at the Wayback Machine
- Культурно-образовательный портал: http://www.erzan.ru/erzjanskij-jazyk Arxivləşdirilib 2008-10-21 at Archive.today
- Персональная страница американского лингвиста Джека Рютера (Jack Rueter), посвященная изучению эрзянского языка http://www.ling.helsinki.fi/~rueter/ (на русс., эрз., англ., и фин. языках)
- Видеокурс эрзянского языка. Преподаватель Богданова (Сусорева) Ольга Михайловна. На канале Ютуб Мордовского культурного центра г. Тольятти: https://www.youtube.com/channel/UCpFOaR9-YBZqD9vKu3wtjEA
İstinadlar
- ↑ 1 2 Ethnologue (ing.). 25, 19 Dallas, Texas: SIL International, 1951. ISSN 1946-9675
- ↑ "Ethnologue". 2012-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-28.
- ↑ "Перепись-2002: Национальный состав населения". 2012-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-28.
- ↑ "Google запустил проект по сохранению редких языков". 2012-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-31.
- ↑ "Endangered Languages". 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-31.