Heydər Novruzov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Heydər Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi 1902
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1938(1938-01-05)

Heydər Novruzov (tam adı:Novruzov Heydər Qulu oğlu; 1902, Təzəkənd, Naxçıvan qəzası5 yanvar 1938) — dövlət qulluqçusu, Azərbaycan Xalq Cümhuriyyətinin zabiti

Həyatı

Novruzov Heydər Qulu oğlu 1902-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olub.

Vəfatı

5 yanvar 1938-ci ildə "Naxçıvan fəalları” adlı gizli əksinqilabi siyasi təşkilatın rəhbəri ittihamı ilə həbs edilərək, “xalq düşməni” kimi güllələnmişdir.

Təhsili

Tiflisdə (1924-27), Moskvada (1928-30) və Bakıda (1931-33) təhsil almış, tarixçi və iqtisadçı ixtisaslarına yiyələnmişdir.

Fəaliyyəti

Hərbi fəaliyyəti

Azərbaycan Xalq Cümhuriyyəti dövründə zabiti kimi daşnakların NaxçıvanQarabağda azərbaycanlılara qarşı soyqırımın dəf olunmasında iştirak etmiş, sonralar Abbasqulu Şadlinskinin rəhbərlik etdiyi “Qırmızı tabor”un sıralarında vuruşmuşdur.

Əmək fəaliyyət

Azərbaycan. K(b)P Naxçıvan Vilayət Komitəsi təşkilat (1927-28) və aqrar (1929-30) şöbələrinin müavini, Noraşen (indiki Şərur) və Naxçıvan (indiki Babək) rayon partiya komitələrinin katibi, Masallı rayon İcraiyyə Komitəsinin sədri olmuşdur (1933-36). 1937-ci ildən Bakı şəhər Sovet sədrinin müavini idi.

Mənbə

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 450. ISBN 5-8066-1468-9.