Hikmət Atayev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hikmət Atayev
13 mart 2006 – 7 mart 2013
Seçki dairəsi2006 — 110 saylı Zaqatala
2010 — 110 saylı Zaqatala
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıElşən Musayev
Zaqatala Şəhər Bələdiyyəsinin sədri
2005 – 2006
Şəxsi məlumatlar
Doğum adı Atayev Hikmət İsmayıl oğlu
Doğum tarixi 4 fevral 1953(1953-02-04)
Doğum yeri
Vəfat tarixi 7 mart 2013(2013-03-07) (60 yaşında)
Vəfat yeri
Vəfat səbəbi avtomobil qəzası
Partiya
Təhsili

Hikmət Atayev (4 fevral 1953, Zaqatala7 mart 2013, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.

Həyatı

Hikmət Atayev 4 fevral 1953-cü ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi.

1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2005–2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.

2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

7 mart 2013-cü ildə Gürcüstandan Balakən istiqamətində hərəkət edərkən idarə etdiyi "VAZ-2106" markalı maşın "VAZ-21015" markalı maşınla toqquşub. Nəticədə Hikmət Atayev aldığı xəsarətdən hadisə yerindəcə vəfat etmişdir[1].

Evli idi və 4 övladı var.

İstinadlar

  1. "Azərbaycan millət vəkili yol qəzasında öldü". 2013-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-07.