Hikmət Atayev (4 fevral 1953, Zaqatala – 7 mart 2013, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.
Hikmət Atayev | |
---|---|
13 mart 2006 – 7 mart 2013 | |
Seçki dairəsi | 2006, 2010 — 110 saylı Zaqatala |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Elşən Musayev |
Zaqatala Şəhər Bələdiyyəsinin sədri | |
2005 – 2006 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Atayev Hikmət İsmayıl oğlu |
Doğum tarixi | 4 fevral 1953 |
Doğum yeri | |
Vəfat tarixi | 7 mart 2013 (60 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | avtomobil qəzası |
Partiya | |
Təhsili |
Hikmət Atayev 4 fevral 1953-cü ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi.
1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2005–2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.
2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
7 mart 2013-cü ildə Gürcüstandan Balakən istiqamətində hərəkət edərkən idarə etdiyi "VAZ-2106" markalı maşın "VAZ-21015" markalı maşınla toqquşub. Nəticədə Hikmət Atayev aldığı xəsarətdən hadisə yerindəcə vəfat etmişdir[1].
Evli idi və 4 övladı var.