Kansay regionu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kansay regionun yerləşməsi
Kansay regionu Yaponiya xəritəsində
Yerləşməsi
Ölkə Yaponiya
Ada Honşu
Statistika
Sahə 27335,11 km²
Əhali 22757897[1] nəf.
   Əhali sıxlığı 830 nəfər/km²
Prefekturalar 7

Kansay regionu (関西地方, Kansai-chihō?) və ya Kinki regionu (近畿地方, Kinki-chihō?)Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto.

Adı

Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir.[2]

Kinki sözü kin (, yaxınlıq?) və ki (, İmperiya paytaxtı?) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi.[3]

Coğrafiya

Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir.

Parklar

Dağlar

Göllər

Çaylar

Əhali

Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir.[4]

Tarix

Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub. O, ipək yolunun kənarında yerləşirdi. 794-cü ildən bəri Yapniyanın paytaxtı Kansay regionun Kioto şəhəri olub. 1603-cü ildə isə onun yerini Edo (müasir Tokio) almışdı. Lakin ona baxmıyaraq ki, paytaxt artıq Kansayda deyildi, Osaka və Kioto hələ də Yapon iqtisadiyyatın mərkəzləri idilər.[5]

İstinadlar

  1. Ministry of Internal Affairs and Communications Statistics Bureau. "平成 22 年国勢調査の概要" (PDF). 26 October 2011. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 May 2012.
  2. Dorothy Perkins. Five Hundred Fun Facts About Japan. DIANE Publishing. 1994. səh. 67. ISBN 1568061528. 2016-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
  3. "Britannica: Kinki". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
  4. Fred M. Shelley. World's Population, The: An Encyclopedia of Critical Issues, Crises, and Ever-Growing Countries. ABC-CLIO. 2014. səh. 329. ISBN 1610695070. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
  5. "nara heritage online". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.

Həmçinin bax