Kiyoşi Şiqa

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kiyoşi Şiqa
yap. 志賀潔
Doğum tarixi 7 fevral 1871(1871-02-07)[1]
Doğum yeri
Vəfat tarixi 25 yanvar 1957(1957-01-25)[1] (85 yaşında)
Vəfat yeri
Elm sahəsi tibb
İş yeri
  • Keyco İmperiya Universiteti[d]
Təhsili
Üzvlüyü
Mükafatları "Mədəniyyət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kiyoşi Şiqa (志賀 潔, Şiqa Kiyoşi?, 7 fevral 1871[1], Senday, Miyaqi25 yanvar 1957[1], Tokio[d], Yaponiya) və ya Kiyoşi SatoYaponiya bakterioloqu.[2]

Həyatı

Kiyoşi Şiqa 1871-ci ildə Yaponiyanın Senday hanında[a] doğulmuşdur.[2] 1896-cı ild Tokio Universitetinin tibb fakültəsinin bakteriologiya bölməsindən məzun olmuşdur.[3] O, Şibasaburo Kitazatonun başçılığı altında Yoluxucu Xəstəliklər İnstitutunda və Karantina Bürosunda işləyərkən[3] 1897-ci ildə dizenteriyanın törədicisi olan Shigella dysenteriae bakteriyasını kəşf etmişdir.[2] İki dəfə Almaniyaya səyahət edərək serologiya, immunologiyavərəm üzrə dərslər almış, Paul Erlixin tələbəsi olmuşdur.[2] 1906-cı ildə doktorat dərəcəsi almışdır.[3]

Yaponiyaya qayıtdıqdan sonra 1915-ci ildə Kitazato İnstitutunun yaradılmasında iştirak etmiş və institutun bir bölməsinin başçısı olmuşdur.[3] 1920-ci ildə Koreya general-qubernator xəstəxanasının direktoru seçilmişdir.[3] 1920-ci ildə Keyo Universitetinin professoru olmuş, daha sonra Seul şəhərində yerləşən Keyco Universitetinin professoru (1925) və prezidenti (1929–1931) təyin olunmuşdur.[2] Bu dövrdə Filippin, Hindistan, İtaliya, Britaniya və İsveç kimi ölkələri ziyarət etmişdir.[3]

1944-cü ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[2] Kitazato İnstitutunun fəxri üzvüdür.[3]

Qeydlər

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 89. ISBN 0-87011-627-4. İstifadə tarixi: 3 fevral 2023.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1383. İstifadə tarixi: 3 fevral 2023.