Kociro Serizava

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kociro Serizava
yap. 芹沢 光治良
Doğum tarixi 4 may 1897(1897-05-04)
Vəfat tarixi 23 mart 1993(1993-03-23) (95 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti bürokrat, iqtisadçı, roman yazıçısı
Fəaliyyət illəri 1930-cu ildən
Janr roman
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri

Kociro Serizava (芹沢光治良, Serizava Kociro?, 4 may 189723 mart 1993, Nakano)Yaponiya romançısı.

Həyatı

Kociro Serizava 1897-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur.[1] Tokio Universitetini bitirdikdən sonra Kənd Təsərrüfatı və Ticarət Nazirliyində işləmişdir.[1] 1925-ci ildə nazirlikdəki işindən çıxmış və təhsil almaq məqsədilə Fransaya səyahət etmişdir.[1] 1929-cu ilə qədər Paris Universitetində iqtisadiyyat üzrə təhsil almışdır.[1]

Serizava vərəm xəstəliyindən müalicə almaq məqsədilə İsveçrədə yerləşən bir sanatoriuma yollanmış və yaşadığı təcrübələr əsasında "Burucoa" (1930) adlı hekayə yazmışdır.[1] Bu onun ədəbi yaradılığının başlanğıcı olmuşdur.[1] 1931-ci ildə "Asu o ote" romanını, 1932-ci ildə isə "İsu o saqasu" romanını yazmışdır.[1] Bu romanlar Yaponiyadakı proletar ədəbi hərəkatına mənsub intellektuallar arasında baş verən münaqişələri təsvir edir.[1]

Serizava 1931-ci ildə Çuo Universitetində iqtisadiyyat dərsləri deməyə başlamışdır.[1] Lakin universitet rəhbərliyi onun ədəbi fəaliyyətini "ziyanverici" kimi qiymətləndirmişdir.[1] Buna görə də o, ədəbi yaradıcılığına davam etmək üçün 1932-ci ildə universitetdən çıxmışdır.[1] İkinci dünya müharibəsindən sonra Yaponiyanın müharibə təcrübəsi və döyüşlərdə ölmüş gənc kişilər haqqında yazmışdır.[1] "Pari ni şisu" (1942) və "Pari fucin" (1955) əsərləri də daxil olmaqla, bir çox əsəri fransız dilinə tərcümə olunmuşdur.[1] 1965–1974-cü illərdə Yaponiya PEN Klubunun sədri olmuş, 1957-ci ildə Fransa Akademiyasının mükafatına layiq görülmüşdür.[1] Digər əsərlərinə "Hitotsu no sekay" (1952–1953) və "Ninqen no ummey" (1962–1968) daxildir.[1]

Üslubu

Serizavanın əsərləri dərin dini baxışlarla əhatə olunmuşdur.[1] Onun romanlarının quruluşu Avropa romanlarının məntiqi quruluşuna daha yaxındır.[1]

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 69. ISBN 0-87011-627-4. İstifadə tarixi: 17 yanvar 2023.