Kociro Serizava (芹沢光治良, Serizava Kociro?, 4 may 1897 – 23 mart 1993, Nakano) – Yaponiya romançısı.
Kociro Serizava | |
---|---|
yap. 芹沢 光治良 | |
Doğum tarixi | 4 may 1897 |
Vəfat tarixi | 23 mart 1993 (96 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | bürokrat, iqtisadçı, romançı |
Fəaliyyət illəri | 1930-cu ildən |
Mükafatları |
Kociro Serizava 1897-ci ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur.[1] Tokio Universitetini bitirdikdən sonra Kənd Təsərrüfatı və Ticarət Nazirliyində işləmişdir.[1] 1925-ci ildə nazirlikdəki işindən çıxmış və təhsil almaq məqsədilə Fransaya səyahət etmişdir.[1] 1929-cu ilə qədər Paris Universitetində iqtisadiyyat üzrə təhsil almışdır.[1]
Serizava vərəm xəstəliyindən müalicə almaq məqsədilə İsveçrədə yerləşən bir sanatoriuma yollanmış və yaşadığı təcrübələr əsasında "Burucoa" (1930) adlı hekayə yazmışdır.[1] Bu onun ədəbi yaradılığının başlanğıcı olmuşdur.[1] 1931-ci ildə "Asu o ote" romanını, 1932-ci ildə isə "İsu o saqasu" romanını yazmışdır.[1] Bu romanlar Yaponiyadakı proletar ədəbi hərəkatına mənsub intellektuallar arasında baş verən münaqişələri təsvir edir.[1]
Serizava 1931-ci ildə Çuo Universitetində iqtisadiyyat dərsləri deməyə başlamışdır.[1] Lakin universitet rəhbərliyi onun ədəbi fəaliyyətini "ziyanverici" kimi qiymətləndirmişdir.[1] Buna görə də o, ədəbi yaradıcılığına davam etmək üçün 1932-ci ildə universitetdən çıxmışdır.[1] İkinci dünya müharibəsindən sonra Yaponiyanın müharibə təcrübəsi və döyüşlərdə ölmüş gənc kişilər haqqında yazmışdır.[1] "Pari ni şisu" (1942) və "Pari fucin" (1955) əsərləri də daxil olmaqla, bir çox əsəri fransız dilinə tərcümə olunmuşdur.[1] 1965–1974-cü illərdə Yaponiya PEN Klubunun sədri olmuş, 1957-ci ildə Fransa Akademiyasının mükafatına layiq görülmüşdür.[1] Digər əsərlərinə "Hitotsu no sekay" (1952–1953) və "Ninqen no ummey" (1962–1968) daxildir.[1]
Serizavanın əsərləri dərin dini baxışlarla əhatə olunmuşdur.[1] Onun romanlarının quruluşu Avropa romanlarının məntiqi quruluşuna daha yaxındır.[1]