Krım-tatar əlifbası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Krım-tatar dilində iki əlifba istifadə olunur – latın və kiril əlifbaları

Latın əlifbası

Krım-tatar latın əlifbası 1992-ci il II Krım-tatar Milli Qurultayı tərəfindən təsdiqləndi. O, 31 hərf1 işarədən ibarətdir.

A a B b C c Ç ç D d E e F f G g
Ğ ğ H h I ı İ i J j K k L l M m
N n Ñ ñ O o P p Q q R r S s Ş ş
T t U u Ü ü V v Y y Z z

 â işarəsi ayrı bir hərf deyil. Önünde duran tutuq səsi yumşaldan işarə olaraq istifadə olunur.

Bu hərflərin tələffüzü belədir:

IPA
а b c ç d e f g ğ h ı i j k l m n ñ o ö p q r s ş t u ü v y z
[a] [b] [ʤ] [ʧ] [d] [e] [f] [g] [ɣ] [x] [ɯ] [i], [ɪ] [ʒ] [k] [l] [m] [n] [ŋ] [o] [ø] [p] [q] [r] [s] [ʃ] [t] [u] [y] [v], [w] [j] [z]

Kiril əlifbası

Krım-tatar kiril əlifbası 1938-ci il Sovet hökuməti tərəfindən təsdiqləndi. Amma kiril əlifbası bu gün də çox sıx istifadə olunur. Bu əlifba 37 hərfdən ibarətdir.

А а Б б В в Г г Гъ гъ Д д Е е Ё ё
Ж ж З з И и Й й К к Къ къ Л л М м
Н н Нъ нъ О о П п Р р С с Т т У у
Ф ф Х х Ц ц Ч ч Дж дж Ш ш Щ щ Ъ ъ
Ы ы Ь ь Э э Ю ю Я я

гъ, къ, нъдж ayrı hərflərdir (sözlərin əlifba sırası ilə düzmək üçün mühüm təsiri var, məsələn, lüğətlərdə).