Krım-tatar dilində iki əlifba istifadə olunur – latın və kiril əlifbaları
Krım-tatar latın əlifbası 1992-ci il II Krım-tatar Milli Qurultayı tərəfindən təsdiqləndi. O, 31 hərf və 1 işarədən ibarətdir.
A a | B b | C c | Ç ç | D d | E e | F f | G g |
Ğ ğ | H h | I ı | İ i | J j | K k | L l | M m |
N n | Ñ ñ | O o | P p | Q q | R r | S s | Ş ş |
T t | U u | Ü ü | V v | Y y | Z z |
 â işarəsi ayrı bir hərf deyil. Önünde duran tutuq səsi yumşaldan işarə olaraq istifadə olunur.
Bu hərflərin tələffüzü belədir:
IPA | ||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
а | b | c | ç | d | e | f | g | ğ | h | ı | i | j | k | l | m | n | ñ | o | ö | p | q | r | s | ş | t | u | ü | v | y | z |
[a] | [b] | [ʤ] | [ʧ] | [d] | [e] | [f] | [g] | [ɣ] | [x] | [ɯ] | [i], [ɪ] | [ʒ] | [k] | [l] | [m] | [n] | [ŋ] | [o] | [ø] | [p] | [q] | [r] | [s] | [ʃ] | [t] | [u] | [y] | [v], [w] | [j] | [z] |
Krım-tatar kiril əlifbası 1938-ci il Sovet hökuməti tərəfindən təsdiqləndi. Amma kiril əlifbası bu gün də çox sıx istifadə olunur. Bu əlifba 37 hərfdən ibarətdir.
А а | Б б | В в | Г г | Гъ гъ | Д д | Е е | Ё ё |
Ж ж | З з | И и | Й й | К к | Къ къ | Л л | М м |
Н н | Нъ нъ | О о | П п | Р р | С с | Т т | У у |
Ф ф | Х х | Ц ц | Ч ч | Дж дж | Ш ш | Щ щ | Ъ ъ |
Ы ы | Ь ь | Э э | Ю ю | Я я |
гъ, къ, нъ və дж ayrı hərflərdir (sözlərin əlifba sırası ilə düzmək üçün mühüm təsiri var, məsələn, lüğətlərdə).